Təqlid
Şəriət qanunlarına qeydsiz-şərtsiz tabe olmaq məsləkinə əsasən, Şeyx ilahi hökmlərdə müctehidə təqlid edirdi. Onun mərcəyi təqlidi dövrünün böyük alimlərindən olan Ayətullah Höccət idi. Şeyx özü belə bir şəxsiyyətə təqlid etməsi barədə buyurur: «Quma getdim, mərcəyi-təqlidləri gördüm, onların içərisində həvayi-nəfsinə ən az tabe olan ağayi Höccət idi».
Başqa bir nəqlə görə buyurur: «Gördüm ki, onun qəlbində cah-cəlal, şan-şöhrət və rəyasət məhəbbəti yoxdur.
Şeyx öz dostlarını bu yoldan azan firqələrdən çəkindirirdi. Şeyxin dostlarından biri deyir: Bu tayfalar barəsində ondan soruşdum. (Bunu nəql edən şəxs tövsiyə etmişdi ki, bu tayfanın adlarını kitablara salmasınlar.)
Şeyx buyurdu: Kərbəlada idim. Gördüm ki, bir tayfa gəlir. Şeytan onların qarşısında hərəkət edən bir şəxsin cilovunu əlinə almışdı.
Dedim: Bunlar kimdir?
Dedilər:...
Cənab Şeyx inanırdı ki, seyri-sülukda Əhli-beyt (ə)-ın tutduğu yoldan uzaq düşənlər riyazət nəticəsində müəyyən ruhi qüdrət və məqamlara çatmalarına baxmayaraq, həqiqi mə᾽rifətdən tamamilə məhrumdurlar.
Şeyxin övladlarından biri belə nəql edir:
Atamla birlikdə Bibi-Şəhrabanı dağına getmişdik. (Bu Tehran ətrafında olan dağların birinin adıdır ki, imam Hüseyn (ə)-ın həyat yoldaşı Şəhrəbanının məzarı orada yerləşir.) Yol əsnasında riyazət əhlindən biri ilə rastlaşdıq. Onun çox böyük iddiaları var idi.
Atam ona dedi: Axı de görək, sənin riyazətlərinin hasili nə olub?
O şəxs bu sözləri eşidən kimi əyilib yerdən bir daş parçası götürdü və onu əlində armuda döndərdi. Sonra atama təklif edib dedi:
Buyurun, meyl edin.
Atam buyurdu:
Çox yaxşı! Bu işi mənim üçün gördün. De görüm Allah üçün nə nəyin vardır və nə etmisən?
Həmin şəxs bu sözü eşidən kimi ağlamağa başladı.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri