2. Fürui-dində təqlid barəsindəki əqidəmiz
Fürui-dinə gəldikdə isə, (fürui-din insanın əməlləri, gördüyü işlərlə əlaqədar olan şəriət hökmləridir) hər bir müsəlmanın onları təfəkkür və istidlal yolu ilə əldə etməsi vacib deyildir. Əksinə, fürui-dində, əgər namaz, oruc, zəkat və s.-nin vacibliyi kimi yəqinlik hasil olmuş zəruriyyətlərdən olmazsa, aşağıdakı üç yoldan birini seçməsi vacibdir:
1-Ya hökmlərin istixracında ictihad məqamına çatıb hökmləri dəlil və istidlal əsasında çıxarmalıdır (əgər ictihad və nəzər əhlidirsə);
2-Yaxud ehtiyata əməl etməyin lazım olduğu hallar barəsində kifayət qədər agahlığı vardırsa, öz əməllərində ehtiyata8 əməl etməlidir; Belə ki, müctehidlərin fətvalarını cəm etməklə həqiqi vəzifəsi olduğu əməlləri yerinə yetirmiş olsun.
3-Müctehid üçün lazım olan şərtlərə malik olan , şəriətdə deyildiyi kimi, aqil, adil, nəfsini aludəliklərdən, günah və tüğyanlardan qoruyan, dini hifz edən, dinin qoruyucusu, həvayi-nəfs ilə müxalif, Mövlasının (Allahın) əmrlərinə müti olan müctehidə təqlid etsin.
Hər kəs müctehid və ya ehtiyata əməl edən olmasa və həmçinin, cameüş-şərait müctehidə təqlid etməsə, ömrü boyu namaz qılıb oruc tutsa da belə, bütün ibadət və itaətləri batil sayılır və ondan heç bir vəchlə qəbul olunmaz. Amma onun əvvəlki (təqlid etmədiyi dövrdəki) ibadət və itaətləri sonradan təqlid etdiyi müctehidin rəy və fətvaları ilə müvafiq olarsa və öz ibadi əməllərini qürbətən iləllah niyyəti ilə yerinə yetirmiş olarsa, bu halda səhih sayılır.
Kitabın adı: İmamiyyə şiələrinin əqidə üsulları
Müəllif: Ayətullah Cəfər Sübhani