Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şe'r
+5
Müəllif: Yusifi Zehra | 25-07-2015, 13:00 | Baxılıb: 1 550
 
 
Şe'r

Cənab Şeyx irfani və əxlaqi şe᾽rlərə çox maraq göstərirdi. Əksər vaxtlarda öz moizələrində şe᾽r də oxuyardı. O, Hafizin şe᾽rlərinə və Taqdisin «Məsnəvi»sinə çox əhəmiyyət verirdi. Bu şe᾽rlər oxunan zaman ağlayırdı.
Şeyxin Taqdisin «Məsnəvi»də yazdığı şe᾽rlərə çox məhəbbəti var idi və buyururdu:
Əgər bütün bu şəhərdə təkcə Molla Əhməd Nəraqinin «Taqdis» kitabı olsaydı, var-yoxumu verib həmin kitabı alardım.
Doktor Əbul Həsən, Şeyxi yaxından tanıyanlardan, uzun illər onunla oturub-duranlardan biri idi.
O deyir: Cənab Şeyx gözəl hafizşünas idi. Hafizin şe᾽rlərini çox şəkildə açıqlayıb izah edirdi.
Doktor Həmid Fərzam cənab Şeyxin şe᾽r və şairlər, xüsusilə Hafiz Şirazi barədə söylədiklərini belə deyirdi: Mən 1333-cü ildə doktor Quyanın vasitəçiliyi ilə cənab Şeyxin hüzuruna gedən zaman çox az yığıncaqlar olardı ki, onda münasib və yaxşı şe᾽rləri eşitməmiş olum. O, doğrudan da Hafizin vurğunu idi. Hətta bir dəfə ondan soruşdum ki, siz nə üçün Hafizi bu qədər sevirsiniz?
Buyurdu: Hafiz mə᾽nəvi baxımdan doğrudan da heç nəyi əsirgəməmişdir. Mə᾽nəvi həqiqətləri bəyan etmək, irfani incəlikləri duymaq üçün lazım olan hər bir şey onun şe᾽rlərində mövcuddur.
Şeyx, Hafizə sair şairlərdən daha artıq diqqət yetirir və onun şe᾽rlərini zikr edirdi. Hətta əgər bir şəxsi tənbih etmək, yaxud ona xəbərdarlıq etmək istədikdə Hafizin şe᾽rlərini oxuyardı.
Şeyx dünyanı həmişə «qoca qarı» deyə adlandırardı. Bə᾽zən məclisdə öz müridlərinə üz tutub deyərdi: Yenə də görürəm ki, başın «qoca qarıya» qarışıb!
Sonra Hafizin bu şe᾽rlərini oxuyardı:
 
Kəs nist ke oftadeye an zülfi duta nist
Dər rəhqozəri kist in dame bəla nist.

Əksər hallarda əsir olurlar, çox az adam tapmaq olar ki, bu «qoca qarı»nın əlindən xilas olsun.
Bu sözləri zarafatyana deyərdi.
Xudbinliyin qarşısını almaq üçün aşağıdakı lətif şe᾽ri oxuyardı:
 
Xudrəy᾽i küfr əst be dərvişi
Hökm an çe tu fərmayi rəy an çe tu əndişe.
 
 
Gözəl avazla şer oxumaq

Doktor Fərzam bu barədə belə deyir: Mərhum Şeyx şe᾽rləri gözəl səslə və avazla oxuyardı. Məsələn, bə᾽zi hallarda mərhum Feyz Kaşaninin bu şe᾽rlərini oxuyardı:
 
Ze hər çe ğeyri yar əstəğfirullah
Ze bude müstəar əstəğfirullah
Dəmi kan be qozərəd bi yad ruyəş
Əz an dəm bi şumar əstəğfirullah

 
Bu şe᾽rləri oxuyanda dostlarımızın hamısı təsirlənirdi. Bir gün Şeyx müridlərinin birinin evində idi. Günortadan sonra onun hüzuruna getdik. Mənzilin böyük dəhlizi var idi. Şeyx qapının ağzında əyləşərək Hafizin bu məşhur şe᾽rini oxuyurdu:
 
An kist kəz rui kərəm ba ma vəfadari konəd
Bər caye bədkari çu mən dəm neykukari konəd
 
Bu qəzəlin bir neçə beytini çox gözəl səslə oxuyar və ağlayardı. Bu zaman məclis əhlinin hamısı dərindən tə᾽sirlənər, göz yaşı axıdardılar. Çox qəribədir! Bir dəfə mən doktor Quyaya dedim:
Cənab Şeyxin necə də gözəl səsi və isti nəfəsi vardır!
O mərhum dedi: Heyf ki, siz çox gec onun hüzuruna çatmısınız. Bir zamanlar onun elə gözəl səsi var idi ki, Allah şahiddir, irfani halətlə bu cür şe᾽rləri oxuyanda qapılar, divarlar lərzəyə gəlirdi!!
 
 Şeyxin Mövləvi barəsindəki nəzəri

Şeyx, Hafizi ilahi övliyalardan hesab edir və onun bərzəxdəki yüksək məqamından xəbər verirdi. Lakin Mövləvinin barəsində tam qətiyyətlə danışmırdı. O, buyururdu: Mövləvinin bərzəx aləmində çətinliyi vardır.
Şeyxin şagirdlərindən biri onun belə buyurduğunu deyir:
«Məsnəvi» kitabını almaq istədikdə mə᾽na aləmində bir şəxsi qarşımda, digərini isə arxamda gördüm. Onlardan biri digərinə deyirdi: «Qoymayın yatsın». Bu səsi eşitdikdə fikirləşdim ki, görəsən nə üçün Qur᾽an oxuyanda heç vaxt «qoymayın yatsın» demirlər. Buna görə də həmin kitabı oxumayıb bir tərəfə qoydum.
 
Ayətullah Bürucerdi və Mövləvi

Buna oxşar bir mükaşifə böyük alim, fəqih və mərcəyi-təqlid həzrət Ayətullah Bürucerdi üçün də baş vermişdi. Mərcəyi təqlidlərdən biri olan Həzrət Ayətullah Safi Qulpayiqani 1377-ci ilin Bəhmən ayında(1998) Qumdakı «Darul-hədis» elmi mədəni və təhqiqat mərkəzində keçirilən görüşdə müəllifin bu barədə verdiyi suala belə cavab vermişdi.
Mən Ayətullah Bürucerdinin belə buyurduğunu eşitdim:
Bürucerddə olan zaman bə᾽zi vaxtlarda qeybi ilhamlardan bəhrələnirdim. Bir dəfə Mövləvinin «Məsnəvi» kitabını oxumağa məşğul idim ki, birdən belə bir səs eşitdim: «Bu şəxs yolunu itirmişdir.» Bu sözü eşidən kimi kitabı bağlayıb bir tərəfə qoydum. O zamandan e᾽tibarən bir daha onu mütaliə etmədim. Həmin vaxt «Üddətud-dai» kitabı yanımda idi. Onu götürüb mütaliə etməyə başladım.
Mən (yə᾽ni müəllif) Ayətullah Safiyə dedim: Bə᾽ziləri deyirlər ki, o belə buyurmuşdur:
O səsi eşitdikdən sonra onun ilahi və qeybi ilham olmasına daha artıq əmin olmaq üçün evdən çıxdım. Küçəyə baxdıqda heç kəsi görmədim.
Ayətullah Safi buyurdu: Bu sözün qeybi-ilham olmasında onun şəkki yox idi.
 
 Şeyxdən bir şer və bir xatirə

Şeyxin özü də bə᾽zi hallarda şe᾽r yazırdı. Mərhum Ayətullah Əllamə Təbatəbainin ustadı mərhum Ayətullah Qazi kimi böyük arif və fəqihin şagirdlərindən biri və eyni zamanda hal-hazırda mərcəyi təqlidlərdən sayılan bir nəfərdən cənab Şeyx Rəcəbəli Xəyyat barəsində soruşduqda buyurdu: «Onu Nəcəf şəhərində mərhum Qazinin hüzurunda gördüm. O, məclisdə Əli (ə)-ın mədhində əvvəl misraları «əbcəd» hərfləri ilə başlanan bir şe᾽r oxuyurdu. Söhbət əsnasında dedi: Mən belə bir şe᾽r yazmışam:
 
Hər çe ne᾽mət dadeyi bər kainat
Cümlə bər mən dadi əz hər cəhat
 
Mən fikirləşirdim ki, bu söz Allah ne᾽mətlərini yad edib əvəzində şükr etmək üçün yüksək tə᾽birdir. Lakin «Səhifeyi-Səccadiyyə»də bu cümləni gördükdə bir qədər aram oldum: «Şükri iyyakə min in᾽amatikə.»
(Sənə şükr etməyim də Sənin mənə verdiyin ne᾽mətlərdəndir.) (Çoxlu tədqiqatlar aparılmasına baxmayaraq, bu cümlə «Səhifeyi-Səccadiyə»də tapılmadı. Buna baxmayaraq «Səhifeyi-Səccadiyə»nin 37-ci bəndi, eləcə də imam Səccad (ə)-ın 15 münacatından olan «Munacati-şakirin» bu mətləbi təsdiq edir.)
 
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri
 
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.