» » Tövhiddə qərq olmaq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Tövhiddə qərq olmaq
    0
    Müəllif: Yusifi Zehra | 31-07-2015, 13:00 | Baxılıb: 1 740
     
     
    Tövhiddə qərq olmaq
     
    Şeyxlə otuz ilə yaxın bir müddətdə ünsiyyətdə olan şagirdlərindən biri deyir:
    Şeyxin tövsiyələrinə əsasən Ayətullah Kuhistaninin görüşünə getdim. O, müəyyən mətləbləri qeyd etdikdən sonra Şeyxin barəsində belə buyurdu:
    Mərhum Şeyx Rəcəbəlinin malik olduğu hər bir şey tövhid sayəsində idi, o, tövhiddə qərq olmuşdu.
    Böyük alimlərdən, eləcə də Şeyxin ziyarət etdiyi görkəmli şəxsiyyətlərdən biri də Ayətullah Kuhistani idi. Cənab Şeyx onun barəsində buyururdu:
    «Ayətullah Kuhistanidən asimana doğru yüksələn bir nur çıxır». Bu görüşlərin birində mərhum Ayətullah Kuhistani piyada gedib Şeyxi təqribən bir kilometrlik məsafəyə qədər yola salır. Sonralar Ayətullah Kuhistani Şeyxin barəsində danışarkən çox təvazökarlıqla deyərdi:
    O zamanlar bizim bə᾽zi söhbətlərimiz var idi. Burada çox yerinə düşərdi ki, Ayətullah Kuhistanidən baş vermiş çox qəribə bir hadisəni danışaq. Məşhur xətib höccətül-islam ağa seyid Qasim Şücai mənim üçün belə nəql edir:
    Rəştin vaizlərindən olan cənab Sədrai Eşkəvəri ürək xəstəliyinə tutulmuşdu. Onu Rəştdən Tehrana gətirdilər və Tehranın «Aban» xəstəxanasında yatırtdılar. Bir gün mərhum Fəlsəfi mənə zəng vurub birlikdə onun görüşünə getmək istədiyini bildirdi. Cənab Fəlsəfi Eşkəvəri ilə görüşündə ondan soruşdu:
    Sizin maddi vəziyyətiniz necədir?
    Dedi: Həzrət Seyyidüş-şühəda (ə)-ın əta etdiyi bizi tə᾽min edir.
    Dedilər: Bizim hamımız Seyyidüş-şühədanın süfrəsindən bəhrələnirik.
    O dedi: Xeyr, bizim hesabımız tamamilə başqadır. Cənab Fəlsəfi bir az da maraqlanıb bu hadisənin nədən ibarət olmasını soruşdu.
    Cənab Sədrai dedi: Həzrət Seyyidüş-şühəda İmam Hüseyn (ə) mənə bir bağ əta etmişdir ki, qocalıq çağlarımda oranın gəliri ilə dolanım.
    Ustad Fəlsəfi dedi: Hardan bilirsən ki, onu İmam Hüseyn əleyhissəlam əta edib?
    O cavab verdi: Mən o bağı satmaq üçün müqavilə yazıb sonra Ayətullah Kuhistanini görməyə getdim. Onun yanına daxil olan kimi buyurdu:
    Sədra! Nə üçün səltənət hədiyyəsini satırsan?
    Ona dedim: Ağa, mənim şahlarla heç bir işim yoxdur.
    Buyurdu: Bunu demirəm, məqsədim İmam Hüseyn əleyhissəlamdır. Həqiqi səltənət mə᾽sumlarındır, bunlar bu sözləri oğurlayıblar. Yadındadırmı, cavanlıq vaxtında İmam Hüseyn əleyhissəlamın hərəminə getmişdin, qəbrin baş tərəfində dayanıb başını zərihə dayadın və dedin:
    Ağa mən sizdən elə bir lütf istəyirəm ki, qocalanda onunla həyat və məişətimi tə᾽min edim. Bu bağ həmin duanın nəticəsində sənə verilmişdi. Nə üçün onu satdın?! Ağanın əlini öpdükdən sonra dərhal maşın tutub Rəştə qayıtdım və yazdırdığım müqaviləni cırdım. İndiyə qədər də o bağla məişətimi tə᾽min edirəm. O vaxt mənim (Şücai) halım tamamilə dəyişildi. Qərara aldım ki, cənab Ayətullah Kuhistaninin hüzuruna gedim. Həcc mövsümündə bir ruhani kimi karvanların birində Məkkəyə getdim. Karvanda Təhmasibi adlı bir həkim də var idi.
    Ona dedim: Mən əvvəllər Ayətullah Kuhistanini görmək istəyirdim, amma mümkün olmadı.
    O dedi: Mən onun həkimiyəm.
    Dedim: Nə yaxşı oldu! Burada əhd bağlayaq ki, İrana çatan kimi məni onu hüzuruna aparasan.
    O dedi: Mən gələndə o çox xəstə idi, qan təzyiqi qalxmışdı. Bu sözdən sonra onun barəsində çox nigaran oldum. Nəhayət Ərəfata gəldik. Ərəfə duasının zümzümə edir və onun məzmun və məfhumuna diqqət yetirirdim. Nəhayət bu cümləyə çatdım. «Səni görməyən gözlər kor olsun!». Bu zaman kövrəldim, gözlərimdən yaş axmağa başladı.
    Dedim: Pərvədigara! Mənim heç nəyim yoxdur, lakin bilirəm ki, seyyidəm və bu seyyidliyimdən burada istifadə edirəm. Səni and verirəm cəddim Peyğəmbərin haqqına, Ayətullah Kuhistaniyə şəfa ver! İrana gəldikdən sonra Ayətullah Kuhistaninin görüşünə getmək istədim, lakin müyəssər olmadı. Məşhədə getdim. Gecə saat on ikinin yarısında Darüs-siyadətdə gördüm ki, bir qoca kişinin qoltuğuna girib gətirirlər. Soruşdum ki, o kimdir?
    Dedilər: Ayətullah Kuhistanidir. Mən onu əvvəllər görməmişdim. Salam verdim və əyilib əlindən öpdüm. Mən əyilən kimi o əlini sağ çiynimə qoyub dedi:
    Şücai, Allah sənin aqibətini xeyirlə qurtarsın. Ərəfatdakı duan bizə çatdı!! Heyrətdən donub qaldım, bütün bədənim tərlədi. Elə həmin yerdəcə oturdum. Həyat yoldaşım dedi:
    Nə oldu?
    Dedim: Heç. Qoy bir qədər oturum. Təqribən yarım saat oturdum. Əzizlərim, Allahı şahid tuturam ki, Ərəfatda mənim yanımda heç kəs yox idi. Mən də ahəstə səslə, gözümdən yaş axan halda onu dua etmişdim. O isə həzrət Riza (ə)-ın hərəmində mənə deyirdi ki, Ərəfatdakı duan gəlib bizə çatdı. Bu mənim həyatımda çox qəribə və maraqlı bir xatirədir.  
     
    Kitabın adı: Məhəbbət iksiri
    Müəllif: Məhəmməd Reyşəhri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 31 Temmuz 2015 15:16 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN VƏ BÜTÜN HACƏTLƏRİNİZİ  VERSİN AMN İNŞAALLAH. COX MARAQLI QİBTƏ OLUNMALI  MƏLUMATLARDIR.ALLAHUMMƏ SƏLL ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD.VƏ ƏCCİL FƏRƏCƏHUM.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.