Mö’minin ən böyük istəyi Allahın razılığıdır
+10
Müəllif:
Ewqi_Kerbela | 15-07-2015, 20:00 | Baxılıb: 1 137
Mö’minin ən böyük istəyi Allahın razılığıdır
Me’rac hədisində oxuyuruq: "Ürəyindən keçəni məndən istə, mən də əta edim. Məndən təmənna et ki, sənə bağışlayım. Bu mənim behiştimdir, onda özünə yer seç. Mənim mərhəmət civarımda sakin ol.” Sanki başqa bir sınaq başlamışdır. Aşiq bir ömür təlaşdan sonra arzusuna çatmışdır. Allah ondan behiştdə yer seçməsini, Ondan təmənna etməsini istəyir. Görün yəqin əhli olan mö’minin ruhu hansı məqama çatmışdır ki, belə bir cavab verir: "Pərvərdigara, Sən özünü mənə tanıtdırdın və Səni tanımaqla bütün xilqətdən ehtiyacsız oldum.” Mö’min bildirir ki, Allahın əzəmətini dərk etdiyindən, artıq onun behiştdə gözü yoxdur. O, Allahı tanımaqla hər şeydən ehtiyacsız olduğunu bildirir. Axı belə bir əzəmətin müqabilində nə istəmək olar?!
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.