» » Riza əhlinə əta olunmuş üç xasiyyət


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Riza əhlinə əta olunmuş üç xasiyyət
    0
    Müəllif: Ewqi_Kerbela | 24-07-2015, 14:00 | Baxılıb: 1 392
     

    Riza əhlinə əta olunmuş üç xasiyyət

    Allah riza (Allahdan razılıq) məqamına yüksəlmiş bəndələrinə üç xasiyyət əta edər. Hədisdə oxuyuruq: "Hər kəs mənim razılığıma əməl etsə, ona üç xasiyyət əta edərəm: Ona şükr etməyi öyrədərəm ki, cəhalətdən kənar olar, ona elə bir diqqət və zikr əta edərəm ki, unutqanlıqdan uzaq olar; Ona elə bir məhəbbət verərəm ki, heç bir məhəbbəti mənim məhəbbətimdən üstün tutmaz.”
    Demək, ilk xasiyyət Allaha şükr etməkdir. İnsan xarakter e’tibarı ilə naşükürdür. O, min bir ne’mət içində qərq olsa da, bu ne’mətlərin qədrini bilmir, yalnız ne’mət əlindən çıxdıqda fəryad qoparır. Qur’ani-kərimdə oxuyuruq: "Əgər bir insanı ne’mət və mərhəmətdən faydalandırıb, sonra həmin ne’məti ondan alsaq, qatı ümidsizliyə və küfrə uğrayar.”[109] Digər bir ayədə oxuyuruq: "Ona bir şər toxunduqda ümidini itirər.” Başqa bir ayədə isə belə buyurulur: "İnsan çox zalım və küfr edəndir.'' Belələrindən fərqli olaraq Allah onun razılığı sorağında olanlara haqqı tanıma və şükretmə məqamı əta edir. Bu haqşünaslıqda cəhalət qatqısı yoxdur. Onlar Allahın ne’mətlərini tanıyır və şükr edirlər. Bizlər isə Allahın əta etdiyi ne’mətləri dəyərləndirə bilmirik. Əgər bir dəfə şükür ediriksə, təkrar-təkrar naşükürlüyə yol veririk. Demək, bizim şükrümüzdə cəhalət qatqısı var.
    Allahdan razı insanlara əta olunmuş digər iki xüsusiyyət Allahın zikri və ilahi məhəbbətdir. Adi insanlar üçün Allahı daim xatırlamaq çətindir. Hətta bir neçə dəqiqəlik namazımızda da xəyalımız dağ-daşı gəzir. Amma Allahın lütfünü qazanmış mö’min kəs Allahı unuda bilmir. Allah ona elə bir diqqət əta edir ki, unutqanlıqdan uzaq olur. Əlbəttə ki, aşiq öz mə’şuqunu heç vəchlə unuda bilməz. Riza əhlinə əta olunmuş üçüncü xüsusiyyət ilahi məhəbbətdir. Belə insanların qəlbində Allah məhəbbətindən başqa məhəbbətlərə yer yoxdur. Dünyada bir şeyə könül verən insan az sonra əvvəlki məhbubundan yorulub, başqa bir məhbub tapır. İnsan arzuladığı ne’mətləri əldə etdikcə bu ne’mətlər onun gözündə adiləşir və o, növbəti arzularının arxasınca qaçır. Dünya məhəbbəti beləcə hər an öz ünvanını dəyişir.
    Hədisdə oxuyuruq: "O məni sevdiyi vaxt mən də onu sevirəm, qəlb gözünü cəlalıma tamaşa üçün açıram. Öz seçilmiş bəndələrimi ondan gizləmirəm.” Bəndənin Allaha, Allahın bəndəyə məhəbbətini vəsf etmək çətindir. Belə bir məqamı yalnız övliyalar dərk edə bilir. Allahı sevmək olduqca uca bir məqamdır. Bundan da mühümü Allahın insanı sevməsidir. Qur’ani-kərimdə buyurulur: "Ey iman gətirənlər, sizlərdən hansınız öz dinindən çıxsa, Allah tezliklə sevdiyi bir qövm göndərər və onlar da Allahı sevərlər.'' Allah öz mö’min bəndəsini sevməkdən əlavə, onu xalqa da sevdirər. Əlbəttə ki, həmin mö’min üçün xalq tərəfindən sevilməyin fərqi yoxdur. O bu məhəbbəti yalnız Alahın lütfü bilərək qiymətli sayır. Allahı sevən mö’mini yalnız Allahın diqqəti maraqlandırır. Xalqın onu sevib-sevməməsinin onun üçün heç bir zərurəti yoxdur. Bu barədə Qur’anda buyurulur: "Allaha iman gətirib, saleh iş görənləri Allah sevimli edər.” Bu zümrədən olan insanlara misal olaraq, İmam Rahili (r) göstərmək olar. Onu təkcə dostlar yox, hansı mə’nadasa düşmənlər də sevirdilər. Onlar yalnız mənafelərini əldən verməmək üçün imama qarşı çıxırdılar. Həzrət Əlinin (ə) qatı düşməni olan Müaviyə Əlinin (ə) səhabələrini gördükdə onlardan Əlinin fəzilətləri haqqında danışmasını istəyərdi. Bu fəzilətlərdən söhbət açılanda Müaviyə ağlayardı. Çünki hər bir insanın fitrəti yaxşılığı dəyərləndirir. Müaviyəni Əli (ə) və onun övladları ilə düşmən edən nəfs istəklərinin tüğyanı idi.
    Me’rac hədisində buyurulur: "Gecənin qaranlığında, gündüzün işığında onunla münacat edərəm ki, başqaları ilə danışmaqdan və yoldaşlıqdan çəkinsin.” Bəli, bir vaxt Allahla minacat fürsəti axtaran mö’min elə bir məqama çatmışdır ki, Allah onunla münacata başlayır. Hər bir aşiq öz məhbubu ilə ünsiyyət sorağındadır. Allah aşiqi üçün elə bir məqam çatır ki, məhbub özü onun sorağına gəlir və onunla söhbətə məşğul olur. Oyaq vaxtı və yuxuda Allahın münacatını hiss edən mö’minin sevincini təsəvvür etmək çətindir!

    Kitabın adı: Dost diyarının yolçuları 
    Müəllif: Doktor Misbah Yəzdi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 24 Temmuz 2015 14:37 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI COX GOZEL MEQALEDIR ADAM OXUDUQCA SANKI RUHU DINCELIR
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.