Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Səbirli insanın 3 bariz xüsusiyyəti
Səbirli insanı başqalarından ayıra bilən üç nişanəsi vardır. Birincisi budur ki, o, süstlük etməz. İkincisi budur ki, qəmgin olmaz və ürəyi sıxılmaz. Üçüncüsü budur ki, Allahından şikayət etməz.
Əgər insan süstlük edərsə, haqqı zay edər. Əgər darıxsa və qəmgin olsa şükür etməz. Əgər Allahdan şikayət etsə günah etmiş olar.
1. Süstlük etməz. Hər bir möminin vəzifəsi budur ki, insanların haqqını əda etsin və onlar zülm etməsin. Səbirli insan əgər süstlük edərsə, o zaman haqqı zay etmiş olar. İmam Kazım (ə) övladlarından birinə belə nəsihət verir: “Süstülk və tənbəllikdən çəkin ki, o səni dünya və axirət nəsibindən məhrum edər”. Süst və tənbəl olan insan heç kəsin haqqını yerinə yetirməz. Çünki heç bir işin sahibi olmaz. İmam Sadiq (ə) buyurur: “Tənbəllik və süstlük - iş və əməlin düşmənidir”.
2. Səbirli insan qəmgin olmaz. Səbirli insan hər an Allaha şükür etdiyi üçün qəmgin olmaz. Allahın qəza və qədərinə razı olar. İmam Sadiq (ə) buyurur: “Hər kim İlahi qəzaya razı olarsa, qəza onun üçün həyata keçər. Allah yanında əcri vardır. Hər kim ondan darıxarsa, qəza onun üçün həyata keçər və əcri zay olar”. Qəmgin olmaq və darıxmaq - İlahi təqdirə narazı olmaq deməkdir. Onun ardınca şükür edilməz. İmam Sadiq (ə) buyurur: “Razı sifəti – bəndənin məhbub və məkruha razı olmasıdır. Yəni, hər ikisi onun üçün bərabərdir. Aləmlərin Allahının etdiyinə razı olmaq - İlahi mərifətin nur şüasındandır”. Razılığın olmaması – cahilliyin nişanəsindəndir. Razı o kəsdir ki, öz xahişindən əl götürər. Allahın onun üçün təqdir etdiyinə razı olar. Hər kim riza məqamına çatar, Allahın etdiyinə razı olar – Allah bu cür bəndədən razı olar. Hər kim riza məqamına çatarsa, bəndəliyin bütün mərtəbələrinə çatmış olar. Allaha itaətin sirri – səbirdir.
3. Səbirli insan Allaha şikayət etməz. Səbirli insan Allaha giley etməz. Çünki bu zaman Allaha günah etmiş olar. Əmirəl-möminin (ə) buyurur: “Nə zaman şiddətli darlığa düşsəniz, Allahdan şikayət etməyin. Gərək bütün giriftarlıqların açarı əlində olan Allahdan, işlərin açılmasını istəyəsiniz. Peyğəmbər (s) buyurmuşdur: Hər kim Allahın ona təqdir etdiyinə razı olmaz, davamlı şikayət edər, səbiri olmazsa – yaxşılıqları yuxarı qalxmaz. O halda ki, Allah ona qəzəblənmişdir, məhşərə daxil olar. Məgər o halda ki, tövbə edər””.
İmam Sadiq (ə) buyurur: “Səbir, bəndələrin daxilində olan nur və səfanı aşkar edər. Batinlərdə olan zülmət və dəhşətdən nalə zahir edər. Səbir elə bir sifətdir ki, hər kəs onu iddia edər. Onun yanında sabit qalmaz, məgər Allahın xalis bəndələri”.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |