Riza
Allah-taala riza barəsində buyurur: "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür...”("Hədid”, 23.)
"Riza”, razılıq mə`nasındadır. Bu, Allahın işlərinə nisbətdə məhəbbətin səmərəsi və istər zahirdə, istər batində, istər dildə və istərsə də əməldə inkarın olmamasının nəticəsidir.
Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.
istəyi odur ki, Allah onlardan razı olsun ki, Allahın qəzəbindən və əzabından amanda olsunlar, amma "Həqiqət əhli”nin(Həqiqət əhli − Həqiqət əhli zahir əhlinin müqabilində olar. Batin əhli də demişlər. Məqsəd Allah əhli olanlardır.) istəyi odur ki, onlar Allahdan razı olsunlar, ölüm və həyat, bəqa və fəna, əziyyət və rahatlıq, xoşbəxtlik və bədbəxtlik, sərvət və fəqirlik kimi müxtəlif hallardan heç biri onların təbinə müxalif olmasın və birini digərindən üstün bilməsinlər, çünki bilirlər ki, bu halların hamısı Allah-taala tərəfindəndir və Allah-taalanın məhəbbəti onların qəlbində möhkəm yer tutmuşdur. Beləliklə, Onun iradə və muradından artıq bir şey istəməzlər, qarşılaşdıqları hər bir hadisəyə razı olarlar.
Riza haqqında alimlərin söylədikləri
Alimlərdən biri haqqında belə nəql edirlər ki, yetmiş il ömür sürdü, bu yetmiş il müddətində bircə dəfə də demədi ki, "Ey kaş belə olmayaydı, elə olmayaydı.”
Alimlərdən birindən soruşurlar ki, özündə rizanın nə təsirini gördün? Dedi: "Rizanın heç qoxusu da burnuma dəymədi, bununla belə əgər mənim zatımdan körpü düzəldib cəhənnəmin üzərində yerləşdirsələr və bütün xəlayiqi axırıncı nəfərinə kimi onun üstündən keçirib cənnətə yola salsalar və məni təkcə cəhənnəmə daxil etsələr, əsla mənim ürəyimdə nisgil qalmaz ki, niyə başqalarının payının əksinə olaraq mənim payıma bu düşdü!”
Kimin ki, ürəyində dediyimiz müxtəlif halların bərabər olması (halı, baxışı) möhkəm yer tutsa, onun muradı həqiqətdə baş vermiş həmin şeydir. Ona görə də demişlər: "Kimə nə vermişlərsə, (onun ləyaqətinə görə) ona verilməli olan elə həmin şeydir (haqqıdır).” Allahın bəndədən razılığı o vaxt hasil olur ki, bəndənin Allahdan razılığı hasil olmuş olsun.
"...Allah onlardan, onlar da Allahdan razıdırlar...”("Maidə”, 119.)
Belə olan halda, madam ki, bir kəs varlıq dünyasının işlərindən birinə – hər nə olmuş-olsun – e`tiraz etsə və ya zehninə gətirsə və ya mümkündür yadına salsın – [həmin adam] riza mərtəbəsindən binəsib olar.
Riza mərtəbəsinə yiyələnmiş kəs həmişə rahatlıq içində olar, – istər ona [olması] gərəkən və olması gərəkməyən şey olmasın. Həqiqətdə onun [olması] gərəkən və [olması] gərəkməyən şeylərinin hamısı gərəkən olar:
"Allahın rizası isə bunların hamısından daha böyükdür...”(Tövbə”, 72.)
Buna görə də behiştin qapıçısını "Rizvan” adlandırmışlar və demişlər "Riza Allahın böyük qapısıdır”. Çünki riza məqamına çatan kəs behiştə çatacaqdır və baxdığı hər bir şeyə Allahın rəhmət nuru ilə baxacaqdır, necə ki, buyurublar: "Mö`min Allahın nuru ilə baxar.”
("Bihar”, c. 32, səh. 238, bab 4, rəvayət 190.)
Çünki Allah-taala bütün varlıqları var edəndir və əgər aləmdəki işlərdən birini bəyənməsə, həmin işin vücuda gəlməsi qeyri-mümkündür. Beləliklə əgər insanın nəzərində heç bir iş bəyənilməz olmazsa, [onda] onların hamısından razı olar; nə əldən çıxmış bir şeyə qəmgin, nə də ələ gətirdiyi bir şeyə şad olar.
"Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”("Loğman”, 17.)
Kitabın adı: Övsafül-əşraf
Müəllif: Xacə Nəsirəddin Tusi