» » Bədgümanlıq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bədgümanlıq
    +5
    Müəllif: Allahıma aşiqəm | 28-04-2015, 21:00 | Baxılıb: 1 545
     
     
    Rəvayətlər və bədgümanlığın ziyanları

    Bəhsimizin bu bölməsində bədgümanlığın ictimai, fərdi və mənəvi baxımdan nə qədər təhlükəli olması haqda məlumat verən hədisləri qeyd edirik. Çünki bu təhlükə və zərərləri bilməklə ola bilsin ki, öz xəstəliklərimizi müalicə edək. 

    Bədgümanlığın fərdi təsirləri 
    Təklik 
    Bədgümanlığın fərdi zərərlərindən biri budur ki, bu xəstəliyə düçar olan insanlara etibar etmədiyindən həmişə çətinliklərlə üzləşib bədgüman olduğuna görə heç kimlə dostluq edə bilmir, çünki bədbin adamlar başqalarından qorxduqları və etibar etmədikləri üçün cəmiyyətdən uzaqlaşaraq insanlarla bütün əlaqələrini kəsməkdən başqa bir şey düşünmürlər. Həzrəti-Əli(ə) buyurur: "Bədbin olan şəxs hamıdan qorxar". 
    Bədgümanlıq qəlbin qeybətidir
    Bədgümanlığın fərdi ziyanlarından biri də onun bir növ qəlb qeybəti olmasıdır. Əxlaq alimləri onu qəlb qeybətinin nümunələrindən biri hesab etmişlər. Əgər biri öz qəlbində müsəlman qardaşına qarşı bədgüman olarsa, ürəyində onun qeybətini etmiş olur. "Günah və onun pis təsirləri" mövzusunda qeyd etdiyimiz kimi, müqəddəs dinimizdə günahı qadağan etməkdən əlavə günahı fikirləşmək də bəyənilməmişdir. Əmirəlmöminin Əli(ə) demişdir: "Kim günahı çox fikirləşərsə (xəyalında günahı canlandırarsa), günah onu özünə tərəf çəkər". 
    Çünki günahı fikirləşmək insanın ruhunun səfasını əldən verməsinə səbəb olur. Bədgümanlıq da belədir. Əgər biri öz din qardaşına qarşı bədgüman olarsa və ürəyində elə bu fikirdə də qalarsa, onun bədgümanlığının sonu qəlb qeybəti ilə bitəcəkdir. Əxlaq alimləri bunu "üqdül-qəlb" adlandırmışlar. "Üqdül-qəlb" dil qeybəti, töhmət, sözgəzdirmə və başqa günahların müqəddiməsidir. 
    Bədgümanlığın ictimai zərərləri
    Bədgümanlığın ən zərərli nəticələrindən biri də xalq arasında dostluq və mehribanlıq tellərini qırıb, təfriqə, ayrılıq əmələ gətirməsidir. Həzrəti-Əli(ə) buyurur: "Hər kim bədgümanlığa düçar olarsa, onunla dostları arasında sülh və mehribanlıq aradan gedər". 
    Bədgümanlığın mənəvi zərərləri
    Bədgümanlığın zərərlərindən biri də ibadətin batil olmasıdır. Həzrəti- Əli(ə) insanları bu yoluxucu bəlanın aqibətindən xəbərdar edərək söyləyir: "Bəd gümandan çəkinin, çünki bədgümanlıq ibadəti batil edib (insanın) günahını böyük edir". "İman bədgümanlıqla bir yerə sığmaz". 
    Bədgümanlıq ən pis günah və zülmdür
    Başqa bir hədisdə o ali Cənab belə buyurur: "Əməlisaleh (və günahsız) insana qarşı bədgüman olmaq ən böyük günah və zülmdür". 
    Qısaca, bədgümanlıq zərərli nəticələrə malik olduğundan "Qurani-Kərim” və məsum imamlar(ə) onu qadağan etmişlər. Həzrəti-Əli(ə) demişdir: "Bir-birinizə qarşı bədgüman olmayın, çünki Allah-təala onu qadağan etmişdir." 
    Qeyd: Bəhsin bu hissəsində iki zəruri mətləbi aşağıda qeyd edirik:
    1) Ayə və rəvayətlərdən belə aydın olur ki, bədgümanlıq haramdır. Bədgümanlığın inam mərhələsinə çatmaması üçün belə göstəriş verilir ki, təbii olaraq insan zehnindən keçən pis təsəvvür və xatirələrə etina edilməsin. "Qurani-Kərim”də gümanlardan yalnız bəzisinin günah olduğunun hesab edilməsinə baxmayaraq, yenə də belə buyurulur: 
    "Çox zənnə-gümana qapılmaqdan çəkinin..." («Hucurat»-12) 
    Peyğəmbər (s) belə buyurmuşdur: "Bədgümanlıqdan çəkinin! Çünki o xəbərlərin ən yalanıdır". Ona görə ki, bədgümanlıq nəfsin pisliklərə aludəçiliyindən bəhrələnir. Əgər bir şəxs paklığın mayasından bəhrələnərsə, zənnə, gümana qapılaraq başqasının ləyaqətini alçaldıb etdiyi güman və ya eşitdiyi xəbərin bəhanəsi ilə onun şəxsiyyətini ləkələməz. Biz inanırıq ki, Allah-təala Əllamül-qüyubdur (qeyb aləmini biləndir). Bütün məxluqların batinindən xəbərdar və insanların niyyətindən agahdır. 
    "Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir". («Ğafir»-19)
    Buna görə də başqaları haqqında danışan məsuliyyətsiz adamların sözünü araşdırmaq lazımdır. Ola bilsin ki, başqasına qarşı bədgüman olan şəxs öz gümanını bizə danışaraq şəxsi qərəz və düşmənçilik üzündən onun şəxsiyyətinə təcavüz edib, bu vasitə ilə də həmin adamın izzət və əzəmətini cəmiyyətdə aşağı salmaq istəyir. «Quran»da bu barədə belə buyurulur: 
    "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" («Hucurat»-6) 
    Yəni yoxlamadan, araşdırmadan eşitdiyiniz hər sözə və etdiyiniz hər gümana etina etməyin, çünki xalq arasında bu yolla fitnə, düşmən və haqsızlıqlır baş vermiş, sonradan məlum olmuşdur ki, bunların hamısı əsassızdır. Odur ki, danışdığımız hər sözə, fikirləşdiyimiz hər bir gümana və etdiyimiz hər bir əmələ görə qiyamət günü cavab verməli olacağıq.
    Əmirəlmöminin Əli(ə) buyurur: "(İnsanlara qarşı) bədgümanlıq bütün işləri bir-birinə vurur və xalqı pisliklərə vadar edir". Birinin çirkin əməllərini görməyincə onun barəsində bədbin olmaq olmaz. Eşitmək, yaxud zənn etmək pislik və yaxşılıq meyarı deyildir. Eşidilən bir çox xəbərlər əsassız və dəlilsizdir. İmam Baqir(ə) buyurur: "Həzrət Əli(ə)-dən sual olundu ki, haqq və batil arasındakı məsafə nə qədərdir? Buyurdu: "Dörd barmaq qədər." Sonra əlini qulağına və gözünün üstünə 
    qoyub söylədi: "Gözlə gördüyün şey doğrudur. Qulağınla eşitdiklərinin əksəriyyəti batil və yalandır". 
    2) Qeyd olunmalı mətləblərdən biri də budur ki, insanlar davranışında bir-birinə qarşı xoşgüman olmalıdırlar. Əgər xoşgüman və etibar qarşılıqlı xarakter daşımasa, həyat öz mehvərindən çıxıb, həmkarlıq və fəaliyyət çətinləşəcəkdir. Çünki inam olmayan bir cəmiyyətdə yaxşı və möhkəm əlaqələr yarana bilməz. 

    Məsələləri ayırd etməkdə ən mühüm incəliklər
    Bunu da yaddan çıxarmaq olmaz ki, xoşgümanlıq xeyrin şərə üstün gəldiyi cəmiyyətdə düzgündür, lakin şərin xeyrə üstün gəldiyi cəmiyyətdə nikbinlik və yaxşılığa yozma yersizdir. Belə bir cəmiyyətə bədbinlik gözü ilə baxmaq lazımdır, belə ki etibarlı sənədlərə söykənmədən xalqın işini bəhanə gətirib yaxşılığa yozarıqsa, özümüzü aldatmış olarıq. Bu barədə həzrəti-Əli və İmam Hadi(ə)-dən nəql olunmuş hədisləri qeyd edirik. Həzrəti-Əli(ə) buyurur: "Xeyir və yaxşılığın üstün gəldiyi cəmiyyətdə biri digərinə qarşı aşkar günah etmədən bədgüman olarsa, şübhəsiz, ona zülm etmişdir. Amma əgər şər və pozğunçuluğun hakim kəsildiyi bir cəmiyyətdə biri digərinə qarşı xoşgüman olarsa, yalnız özünü aldatmışdır". 
    İmam Hadi(ə) demişdir: "Ədalətin zülmə hakim kəsildiyi bir cəmiyyətdə çirkin bir əməli yerinə yetirməyənə qədər birinin digərinə qarşı bədgüman olması haramdır. Zülmün ədalətə üstün gəldiyi cəmiyyətdə isə yaxşılığı aşkar olmayana qədər birinin digərinə qarşı xoşgüman olmasına haqqı yoxdur". 
    Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, şərin xeyrə hakim kəsildiyi bir cəmiyyətdə xoşgümanlıq sadəlövhlük olsa da, bədgümanlıq da rəva deyildir. Başqa bir sözlə desək, belə bir şəraitdə əsassız olaraq insanlara etibar etməyin rəva görülmədiyinə baxmayaraq, təkcə zənnə və gümana qapılıb kimi isə mühakimə etmək də olmaz. "Qurani-Kərim”də deyilir: 
    "...Zənn isə əsla həqiqət ola bilməz".(«Nəcm»-28) 
    Deməli, belə hallarda hər iki cəhətdən ehtiyatı əldən vermək olmaz. İstər mühakimə edən zaman, istərsə də xalqa etibar edərkən. Xülasə, arayıb-araşdırmadan bir işə başlamaq düzgün deyil. Həzrəti-Əli(ə) buyurur: "Zənnə və gümana istinad etməklə mühakimə yürütmək ədalətsizlikdir". 

    Mühüm işlərdə araşdırma və ehtiyatın zəruriliyi 
    (O cümlədən ali vəzifələrə şəxslərin təyin olunması)
    Əlbəttə, bunu da unutmaq olmaz ki, xeyrin hakim kəsildiyi bir cəmiyyətdə qarşılıqlı etibar bu mənada deyildir ki, araşdırmadan hər hansı bir şəxsi ali rütbə və mənsəbə təyin etmək olar. Təbii ki, şəxsi və xırda məsələlərdə xoşgümanlıq düzgündür. Amma ümumi və mühüm məsələlərdə isə bədgümanlığın qadağan olunmasına baxmayaraq, xoşgümanlığı da mühakimənin meyarı kimi başa düşmək olmaz. Belə hallarda şəxsin ləyaqətinə toxunmadan hökmən haqqında təhqiqat aparılmalıdır. Tam arxayın olandan sonra isə əməli iş görmək olar. 
    Əmirəlmöminin Əli(ə) buyurur: "...(Ey Malik!) İşçilərinə nəzarət elə. Onları imtahan etməklə və yoxlamaqla işə cəlb et. Onları öz ürəyinə, ağlına, qüvvənə görə, məsləhətsiz və təhqiqat aparmadan bir işə təyin etmə, çünki zorla özbaşına iş görmək zülm və xəyanət alovudur. Onların arasından ən təcrübəli, ən təmiz qəlbli və islamda ən qabaqcıl olanını seç, çünki belələrinin əxlaqı daha yaxşı, ailələri daha pakizə,
    tamahı daha az və işlərin aqibətini düşünməkdə daha uzaqgörəndirlər..." 
    Sonra hökumət qurucuları barədə belə buyurur: "...Təsisçiləri seçərkən öz fərasətin, nikbinliyin və xoşgümanlığına güvənmə, çünki zirək adamlar zahiri əməlləri ilə əmirlərin nəzərini cəlb etməyi yaxşı bacarırlar..." Sülh müqaviləsi barədə isə söyləyir: "...Amandır, ehtiyatlı ol! Düşməninlə sülh bağlayandan sonra özünü qoru! Çünki bəzən düşmən ona görə yaxınlaşır ki, qarşı tərəfi aldatsın. Buna görə də uzaqgörənliyini işə sal. Belə hallarda xoşgümanlığını kənara qoy..." 
    Hər halda bədgümanlıqla xoşgümanlığın hər biri üçün elə hallar vardır ki, dəqiq surətdə araşdırılmalıdır. İnsan hansı zamanda, hansı cəmiyyətdə və hansı şəraitdə yaşadığını yaxşı dərk etməlidir. Əks halda, xoşagəlməz hadisələrin qurbanı ola bilər. Buna görə də İmam Sadiq(ə) buyurur: " Kim öz zəmanəsini tanıyırsa, şübhəli işlər ona hücum edə bilməz".
     
    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.