» » Bədgümanlıq və təcəssüs (eyibaxtarma)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bədgümanlıq və təcəssüs (eyibaxtarma)
    +5
    Müəllif: Allahıma aşiqəm | 26-04-2015, 21:00 | Baxılıb: 1 471
     
     
    Bədgümanlıq və təcəssüs (eyibaxtarma)

    "Qurani-Kərim”dən belə aydın olur ki, bu günahın ən mühüm səbəblərindən biri insanlara qarşı bədgüman olub onların sirrini diqqətlə araşdırmaqdır. Başqalarına qarşı bədgümanlıq edib həmişə xalqın sirrini öyrənməyə can atan şəxs, təbii ki, qeybət xəstəliyinə tutula bilər.
    Təcəssüs (araşdırma) nədir?

    İbn Əsir yazır: "Təcəssüs gizli şeyləri araşdırmağa deyilir. Çox vaxt eyibli sirlərin kəşf edilməsi mənasında işlədilir. Başqasının gizli eyiblərini araşdıran şəxsə isə casus deyilir.” 
    İnsan birinə qarşı bədgüman olub bu minvalla davam edərsə, təcəssüsə mübtəla olar. Şəhid Sani bu barədə yazır: "İnsanların daxili sirlərini təcəssüs etmək bədgümanlığın səmərəsidir, çünki insan qəlbi bədbinliklə qane olmayıb onu başqaları barədə təhqiqat aparmağa vadar edir. Bu təhqiqatların da nəticəsi budur ki, insanın başı təcəssüs və eyibaxtarmağa qarışır. Halbuki müqəddəs islam dini təcəssüsü də qadağan etmişdir. "Qurani-Kərim”də buyurulur: "Təcəssüs etməyin.” Təcəssüsün mənası budur ki, Allah bəndələrini səttariyyət (örtülmüş) pərdəsi arxasında rahat buraxmayıb onların əməlləri üzərindən pərdəni qaldıraraq Tanrının ört-basdır etdiyini aşkar edəsən. Belə bir iş insanların məxfi əməlləri bərədə məlumat toplamağa və nəticədə isə, sənə məlum olmayanların aşkara çıxmasına bir vasitədir. Əgər bu məxfi qalsaydı, qəlb və dinin salamat olardı. İndi isə bu barədə sənin özün fikirləş! Allah-təaladan mənəvi inkişaf və səadətə yetişməyini dilə". 
    Deməli bu bəlaya düçar olmamaq üçün Allahın bizə göstərdiyi yolu seçməliyik. 
    "Qurani-Kərim”də buyurulur: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan) günahdır. (Bir birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qılmayın!" («Hucurat»-12)
    Əgər qeybət etmək istəmirsinizsə gərək bədgüman olmayasınız, çünki bədgümanlığın nəticəsində insanlar bir-birinin eyiblərini, sirlərini öyrənməyə çalışırlar. Bədgümanlıqla arayıb-axtarmanın bir-birinə qarşılıqlı təsiri vardır. Bəzən axtarış aparmaq bədgümanlığa və bəzən də bədgümanlıq arayıb-axtarmağa bais olur. Buna görə də hər ikisindən 
    çəkinmək lazımdır. Rəvayətlərdə də arayıb-axtarmaq qadağan olunmuşdur. Onlardan birini nümunə üçün burda qeyd edirik:
    "Təhəssüs (yaxşılığı araşdırma) və təcəssüs edib insanların eybini arayıb axtarmayın. Bir-birinizə qarşı həsəd aparıb kinli olmayın. Bir-birinizdən üz çevirməyin. Ey Allah bəndələri! Bir-birinizə qardaş olun!” 
    Bir neçə qeyd:
    İndi ki söz bədgümanlıqdan düşdü, bu barədə bir sıra şübhələri dəf etmək üçün aşağıdakı açıqlamaları münasib hesab edirik:
    a) Şübhəsiz ümumi surətdə heç bir qeyd və şərt olmadan gümanı günah, haram hesab etmək düzgün deyildir, çünki ötəri xatirə və zehni təsəvvürlərin insan ətrafında baş verən hadisələrlə toqquşması təbii və insan iradəsindən asılı olmayan bir işdir. İnsan iradəsinin müdaxilə etdiyi və yaxud gümanına pis təsir bağışladığı amildən başqa bu cür xatirələri heç zaman əxlaqi və vəzifə borcu kimi yaxşılıq, çirkinliklərlə vəsf etmək yaxşılığa sövq etməyə və pisliklərdən çəkindirməyə aid etmək olmur. Məsələn, bir şəxs təcəssüs etməklə başqalarının gizli əməllərində bədgümanlığın yaranmasının təməlinin bədgüman olaraq başqalarını ittiham etmiş olur. Bu şəraitdə bədgümanlıq ixtiyaridir, çünki birinci surətdə başlanğıcın, ikinci surətdə isə təsirin mütəmadiliyinin ixtiyari olması bunu göstərir ki, bədgümanlıq ixtiyaridir. Buna görə də onu təbii hesab etmək olmaz. Dəqiq elmlərdə sübut olunmuşdur ki, insanın iradəsi ilə başladığı iş sonradan iradəsindən asılı olmasa da, ixtiyari hesab olunur. Məsələn, əgər biri özünü hündür bir yerdən atıb öldürərsə, fəzada peşman olmasına baxmayaraq, günahkardır. Çünki işin əvvəlində öz ixtiyarı ilə özünü yerə atdığından bu iş ixtiyari hesab olunur. Həmçinin qeyri-ixtiyari bir işi öz istəyi ilə davam etdirən, əvvəldə qeyri-ixtiyari olmasına baxmayaraq, günahkardır. Məsələn, əgər bir şəxsin ixtiyarsız olaraq gözü naməhrəmə sataşarsa, o, günahkar deyildir, lakin o, bu baxışa davam edərsə, artıq günahkardır. Çünki öz iradəsi ilə bunu davam etdirmişdir. Buna görə də İmam Sadiq(ə) buyurur: "Birinci baxış sənin xeyrinə, ikinci baxış sənin ziyanına olduğu halda, üçüncü baxış isə səni məhv edər". 
    Buna görə də bədgümanlığın başlanğıcı olan təcəssüs və şayiələrə qulaq asmamaq, həmçinin bədgümanlıq əmələ gələrkən onu yaddan çıxarıb reaksiya verməmək lazımdır.
    b) Qeyd olunmalı məsələlərdən biri də bədgümanlığa reaksiya verməkdir. Bu, özü də iki növə ayrılır:
    1.Qəlbdə reaksiya vermək-əxlaq alimləri onu "qəlbin düyünü" adlandırmışlar.
    2.Əməldə reaksiya vermək-bu da əməli surətdə başqalarının hüququnu tapdalamaq, qeybətini qılmaq və ya töhmət etməklə əmələ gəlir.
    Daxildə reaksiya vermək insanın əvvəldə ötəri xatirə və sadə təsəvvürdən başqa bir şey olmayan gümanını zehnində saxlayaraq yetişdirib inam surətində formalaşdırır. Belə ki, iş onün özünə şübhəli qalıb gümanını yəqin hesab edərək yəqinlik halda olduğu kimi təsir bağışlayır. Belə vəziyyətdə insan öz dostu haqda bədgüman olub ona qarşı etibarını itirir. Bu hal ümumi surətdə həyatın əsasını laxladaraq cəmiyyəti pozğunluğa çəkən əxlaqi və ruhi xəstəliyin bir növüdür. 
    Şəhid Sani bu barədə yazır: "Möminin arxasınca danışmaq, onu pisləmək və eybini başqalarına demək haram olduğu kimi, onun haqqında bədgüman olmaq da haramdır. Bədgüman dedikdə burada qəlbdə reaksiya vermək (üqdül-qəlb) nəzərdə tutulur, yəni insan ağlına gələnləri qəbul edib ona əsaslanaraq düşündüyü insanı qəti surətdə 
    günahkar bilir. Halbuki həqiqətdə onun üçün sübut olunmamış təkcə bədgümanlıqla həmin şəxsi məhkum edərək insanlar arasında ləyaqətini alçaldır. Bu, günah və haramdır. Amma tez ötüb-keçən xatirələri Allah bağışlayar". Sonra belə davam edir: "Buna görə də müqəddəs islam şəriətində belə göstərilir ki, əgər birinin ağzından şərab iyi gələrsə, onu şərab içib deyə şəriət qanunlarına əsasən cəzalandırmaq olmaz. Ola bilsin ki, o şərabı ağzında qarqara etmiş və yaxud bir başqası onu zorla içizdirmişdir. Bu da ağlasığan bir şeydir. Hər halda bu fikir müsəlman qardaşa qarşı bədgüman olmaq üçün əsas deyildir. Beləliklə, insan bu cür gümanlara qapanıb öz qəlbində buna reaksiya verə bilməz.”. İslam Peyğəmbəri(s) buyurur: "Bir kəsə qarşı bədgüman olan zaman onu təsdiq etmə (yəni ona inanma)". 
    Əməli surətdə reaksiya vermək isə odur ki, insan öz gümanını həqiqət sanaraq həqiqətdə olduğu kimi ona yanaşsın. Məsələn, biri öz gümanını qəti bir xəbər kimi danışıb başqasını gümanına əsasən ittiham edir. Aydındır ki, bu cür davranış insanların hüququnu pozmaq, onlara qarşı hörmətsizlik, qeybət və töhmətdən başqa bir şey deyildir. Çox zaman belə əsassız və azacıq bədgümanlıqlar nəticəsində şəxsiyyət, istedad və ləyaqətlər alçaldılaraq məhv edilmiş, xalq belə ictimai və ilahi nemətlərdən məhrum olunmuşdur. Halbuki biz hamımız yaxşı bilirik ki, müsəlmanların şəxsiyyət və ləyaqəti toxunulmazdır. Onu qorumaq üçün çalışmaq lazımdır. Elə qəti xəbərlər vardır ki, müsəlmanların hörmətdən düşməsinə səbəb olduğuna görə şəri icazə olmadan onu açıb danışmaq qadağandır, o ki qaldı nə şəri, nə də əqli əsası olmayan gümanlara. Peyğəmbər(s) buyurur: "Allah-təala müsəlmanların qanını, malını, namusunu toxunulmaz hesab edib onlara qarşı bədgüman olmağı haram buyurmuşdur."

    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmdrza Məhdəvi Kani
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.