» » İslamın bədbinliklə mübarizəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İslamın bədbinliklə mübarizəsi
    +5
    Müəllif: VuSka | 13-09-2015, 17:00 | Baxılıb: 1 089
     

    İslamın bədbinliklə mübarizəsi

    Qurani-Kərim, zənn-gümana qapılmağı böyük günah adlandıraraq müsəlmanlara ondan uzaq olmağı əmr etmişdir. Hucurat surəsinin 12-ci ayəsində bu barədə deyilir: "Ey iman gətirənlər! Çox zənn-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır”. Müqəddəs İslam dini heç bir əsası olmadan başqalarına qarşı bədgüman olmağı qətiyyətlə qadağan etmişdir. Peyğəmbər (s) buyurur: "Allah-taala müsəlmanların üç şeyini sizə haram etmişdir. Onların qanını, malını və onlar barədə bədgüman olmağı. " Heç bir dəlil və əsas olmadan birinin malını digərinə vermək qeyri qanuni olduğu kimi, başqalarını da - əldə heç bir dəlil və sübut olmadan - nədəsə ittiham etmək, onlara qarşı bədgüman olmaq olmaz. 
    Əli(ə) buyurur: "Zənn və gümana arxalanaraq hər hansı bir məsələdə hökm çıxaran şəxslər ədalətdən uzaq olarlar. Başqa bir yerdə isə bədbinliyin qoyduğu ruhi və zehni mənfi təsirləri belə bir gözəl ibarətlərlə bəyan edir: "Zənn və bədgümanlıqdan uzaq olun, çünki bədgümanlıq günahları böyüdür və ibadəti məhv edib aradan aparır. 
    Bədgümanlıq xeyirxah insanlara qarşı bir növ haqsızlıq və ədalətsizlikdir: "Xeyirxah insanlara qarşı bədgüman olmaq onlara qarşı ədalətsizlikdir və ən böyük günahlardan biridir. "
    Dostlara qarşı bədbin olmaq münasibətlərin soyumasına və dostluq əlaqələrinin kəsilməsinə səbəb olur. Rəvayətlərdən birində bu barədə deyilir:
    "Bədgümanlıq kimin qəlbinə hakim olarsa, onunla dostları arasında olan səmimiyyətdən əsər-əlamət qalmaz məhv edib aparır. "
    Bədbinlik insanın həyatına mənfi təsir qoyduğu kimi, başqalarının da əxlaq və ruhiyyəsinə mənfi təsir göstərər. Belə ki, haqqında yalnış fikirdə olan şəxslər bəzən deyilənlərin təsiri altına düşərək xoşagəlməz əxlaqi xüsusiyyətlərə yiyələnməyə başlayırlar. "Bədbinlik, zənn və güman hər şeyi öz axarından çıxarar və çox xoşagəlməz hadisələrə səbəb olar. "
    Doktor Marden bu barədə deyir: "Evində xidmətçilərdən istifadə edən şəxslər bəzən onlara qarşı bədgüman olub daim oğurluq edəcəklərinə ehtimal verirlər. Xidmətçilər də onlara qarşı olan bu münasibəti hiss edərək oğurluğa əl atırlar. Deməli, bədgümanlıq dilə gətirilməsə də öz mənfi təsirini qoyur. Xidmətçiyə qarşı bədgüman olmaq onun ruhiyyəsinə ağır zərbə vurur və nəticədə onu oğurluğa sövq edir". 
    Əli(ə) buyurur: "Nəbadə (həyat yoldaşınıza qarşı bədgüman olaraq) qeyrətinizi lazım olmayan yerdə büruzə verəsiniz. Çünki belə bir hərəkət günahsız insanları günaha və əməli saleh şəxsləri əli-əyriliyə sövq edir."
    Başqa bir yerdə belə buyurur:
    "Bədbinliyə düçar olan şəxs cismi və ruhi sağlamlığını əldən verəcəkdir. "
    Doktor Karl deyir: "Elə adətlər də vardır ki, insanın həyat və qüdrətinə (sağlamlığa) mənfi təsir göstərərək onun zəifləməsinə səbəb olur. Hamıya qarşı bədbin olub, onları tənqid etməyi buna misal çəkmək olar. Belə ki, bu mənfi xüsusiyyət insanın bəzi daxili orqanlarına mənfi təsir göstərərək bir çox hallarda onlardan bəzilərinin fəaliyyətinin dayandırılmasına səbəb olur. 
    Doktor Marden deyir:"Bədbinlik sağlamlığa mənfi təsir göstərir və əxlaqi dəyərlərin zəifləməsinə səbəb olur. Hər bir normal insan heç vaxt başqalarından pislik gözləmir və daim ona qarşı mehriban olub yaxşılıq edəcəklərini ümid edir. Çünki o, yaxşılıq və xeyirxahlığın əbədi həqiqət olduğuna ümid bəsləyir. Qaranlıq özü-özlüyündə müstəqil bir məfhum olmadığı kimi (çünki qaranlıq nurun olmamasından meydana gəlir), pislik də müstəqil məfhum olmayıb xeyirxahlıq olmadıqda meydana gəlir. "
    Nəql olunmuş rəvayətlərdən birində bədbin insanların daim ətrafındakıların qorxu və hürkü içində olduğu haqda deyilir: "Bədbin insanlar camaatdan qorxar və daim vəhşət və iztirab içində olar. "
    "Öz fikrini bildirməkdən qorxan şəxslər məclislərdə öz əqidələrini bildirməkdən çəkinərlər. Ümumi yerlərdə, böyük küçələrdə öz tanışları ilə üz-üzə gəlməkdən qorxaraq özlərini gediş-gəliş az olan küçə və dalanlarda gizlədən şəxslərə isə bədbinlik hakim olar. "
    "Doktor Farmer"
    Bədbinliyin meydana gəlməsinə səbəb olan amillərdən biri də insanın daxilində özünə yer edən və gözlənilmədən özünü biruzə verən keçmiş xatirələrdir. Əli(ə) bu barədə buyurur: "Qəlbin dərinliklərində ağıl və şüurun sevmədiyi keçmiş xoşagəlməz xatirələr özünə yer etmişdir. "
    Helen Şaxter deyir:
    "Özlərinə etimad etməyən şəxslər cüzi məsələlərdən inciyir və hər şeyi yadda saxlayırlar və bütün bunlar onların rəftar və davranışlarına öz təsirini qoyur. Belə ki, bu şəxslər bir çox hallarda qəmgin, tündxasiyyət və ya bədbin olurlar və onlar özləri nə üçün bu ruhi xəstəliklərə düçar olduqlarını bilməyirlər. Çünki, başqaları barədə yiyələndikləri mənfi təəssüratları heç vaxt zehnlərindən çıxarmayırlar. Lakin gizli düşmənlərimiz yenə də kin və düşmənçilikdən əl çəkməyirlər. Onlar əxlaq və ruhiyyəmizi ixtiyarlarına alıb özlərinə tabe etmək istəyirlər. Bəzən özümüzdən və başqalarından təəccüblü sözlər eşidir və hərəkətlər görürük, lakin bir qədər diqqət yetirsək görəcəyik ki, bütün bunlara səbəb olan illər boyu unutmadığımız acı xatirələrdir. "
    Bədbin və bədxasiyyət şəxslər daim öz xoşagəlməz xüsusiyyətlərini başqalarında görər və onlar barədə mənfi fikirdə olarlar. Əli (ə) bu barədə buyurur: "Bədbin və bədəxlaq şəxslər başqalarınına öz gözləri ilə baxdıqları üçün kiminsə haqqında müsbət fikirdə olmazlar. "
    Bədbin insanların öz mənfi xüsusiyyətlərini başqalarına aid edib onlara irad tutmaları bir növ özünümüdafiə xarakteri daşıyır. Lakin bu, olduqca düşünülməmiş və uğursuz bir addımdır. Bu hissin insanda daha da güclənməsi onun psixoloji xəstəliyə düçar olmasından xəbər verir. 
    Peyğəmbər(s), Mədinəyə hicrət etdikdən sonra şəhər əhalisindən biri onun yanına gəlib deyir: "Ya Rəsuləllah! Bu şəhərin camaatı olduqca xoş xasiyyət və mehriban insanlardır və çox yaxşı oldu ki, siz məhz buraya gəldiniz. ” Peyğəmbər (s) buyurur: "Tamamilə düz deyirsən. " Bir qədər sonra başqa bir şəxs gəlib dedi: "Şəhər əhalisi olduqca nadan və bədxasiyyət şəxslərdir, heyifki, sizin kimi müqəddəs və şərəfli bir insan belə bir camaatın arasına gəlmişdir. " Peyğəmbər (s) buyurur: "Tamamilə düz deyirsən. "
    Səhabələrdən biri Peyğəmbər (s)in deyilənlərin hər ikisini təsdiq etməsindən təəccüblənərək bunun səbəbini soruşur. Peyğəbər (s) cavabında buyurur:
    "Onların hər biri başqalarını da özləri kimi təsəvvür edib öz əhval-ruhiyyələrinə əsaslanaraq camaat barədə hökm çıxardırlar. Bunun üçün də onların hər ikisinin dediklərini yiyələndikləri xüsusiyyətlərlə müqayisə etsək, tamamilə haqlı olduqları üzə çıxır. " 
    Əlbəttə, diqqət yetirmək lazımdır ki, bədgümanlıq dedikdə insanın zənn və gümana qapılması və bu mənfi xüsusiyyətdən əl çəkməməsi nəzərdə tutulur. Bir sözlə, o şeylər ki, din qadağan etmişdir. Deməli, bu mənfi xüsusiyyətdən yaxa qurtarmaq üçün ilk növbədə onun yaranma səbəblərini müəyyən etməli və sonra qarşısını almaq üçün lazımi tədbirlərə əl atmaq lazımdır. 


    Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    Müəllif: Seyyid Müctəba Musəvi Lari

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.