5789. Allahın Peyğəmbəri (s): «Heç bir bəndə haqq onda olsa belə, çəkişmədən əl çəkməsə, imanın tam həqiqətinə çatmaz.»
5790. Allahın Peyğəmbəri (s): «İnsanların ən ibadətkarı, haqlı olsa belə, çəkişməni buraxandır.»
5791. İmam Əli (ə): «Çəkişmək və mübahisə etməkdən çəkinin! Çünki bu iki iş ürəklərdə qardaşlara qarşı xəstəlik yaradar və nifaq cücərdər.»
5792. İmam Əli (ə): «Kim öz abrını istəyirsə, çəkişməyi buraxmalıdır.»
5793. İmam Əli (ə): «Altı nəfər var ki, onlarla çəkişmək lazım deyil: fəqih, rəis, alçaq adam, acıdil, qadın və uşaq.»
5794. İmam Sadiq (ə): «İnsanın, haqlı olsa da çəkişməni buraxması…. təvazökarlıqdır.»
5795. İmam Hadi (ə): «Çəkişmək köhnə dostluğu da aradan götürər, möhkəm telləri bir-birindən qoparar. Onda olan ən azacıq şey, üstünlüyə çalışmaqdır və bunun özü əlaqənin kəsilməsinin başlıca amilidir.»
5796. İmam Əskəri (ə): «Mübahisə etmə ki, hörmətin itər. Zarafat etmə ki, sənə qarşı həyasız olarlar.»