63. Mübahisə
324.Pislənilmiş mübahisə
Qur’an:
«İnsanların bəzisi heç bir elmi olmadan Allah barədə mübahisə edir və inadkar şeytana tabe olur.»
«Allahın ayələri barədə yalnız kafirlər mübahisə edərlər. Odur ki, onların şəhərlərdə gəzib-dolaşması səni aldatmasın.»
Həmçinin müraciət et: Ali-İmran 66; Ə’raf 71; Ənfal 6; Kəhf 54, 56; Məryəm 97; Həcc 8, 9, 68; Furqan 50; Şura 35; Zuxruf 57.
Hədis:
1051.Allahın Peyğəmbəri (s):«Mübahisə və höcətləşməyə arxalananlardan başqa heç bir qövm yolunu azmadı.»
1052.İmam Əli (ə):«Mübahisə etməkdən çəkinin. Çünki, mübahisə (insana) şəkk və tərəddüd gətirər.»
325.Gözəl və bəyənilən mübahisə
Qur’an:
«İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna də‘vət et, onlarla ən gözəl şəkildə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyandır.»
Hədis:
1053.Allahın Peyğəmbəri (s):«Bizik, Allahın dinində mübahisə edənlər!»
1054.İmam Əskəri (ə):«İmam Sadiqin (ə) hüzurunda söz dində mübahisə etmək, Peyğəmbərin (s) və mə‘sum imamların (ə) (müsəlmanları) bu işdən çəkindirmələrindən düşür. Həzrəti Sadiq (ə):«Mübahisə etmək bütünlüklə pislənilməyib, gözəl olmayan üsulla mübahisə etmək qınanıb.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild