387. İnsanlar
1758.İnsanlar
6277.İmam Əli (ə): «İnsanlar ağaclar kimidir. Hamısı bir sudan içirlər, amma meyvələri bir-birindən fərqlidir.»
6278.İmam Sadiq (ə): «Üç şey var ki, onlara insanların hamısının ehtiyacı var: əmin-amanlıq, ədalət və rifah.»
6279.İmam Sadiq (ə): «İnsanların (özünüzə) oxşarı və cəmiyyətin orta təbəqəsi ilə olun. Çünki cəvahir mədənlərini onların arasında taparsınız.»
1759.İnsanların hüquq bərabərliyi.
6280.Allahın Peyğəmbəri (s): «İnsanlar darağın dişi kimi bərabərdirlər.»
6281.İmam Əli (ə): «İnsanlar haqq qarşısında bərabərdirlər.»
6282.İmam Əli (ə): «(Həzrət) Adəmə kimi insanların hamısı bir-biri ilə bərabərdirlər.»
6283.«Nəhcül Bəlağənin şərhi»: «Əmirəl-möminin (ə) bir ərəb qadınla bir əcəm qadına eyni miqdarda dirhəm və yemək verdi. Ərəb qadın dedi: Mən ərəbəm, bu isə əcəm. Həzrət buyurdu: And olsun Allaha, mən beytul-mal (bölüşdürülməsi) baxımından İsmayılın övladlarında İshaqın övladlarından bir üstünlük görmürəm.
1760.İnsanlardan olmayan kəs.
6284.İmam Sadiq (ə) («bu camaatın hamısı insanların sırasındadır?» deyə soruşan kişinin cavabında):–«Dişlərini yumayan, dar yerdə bardaş qurub oturan, boş şeylərlə məşğul olan, bilmədiyi mövzulardan danışaraq mübahisə edən, özünü səbəbsiz olaraq xəstəlik yatağına yıxan, müsibətə düçar olmadan baş-gözü qarmaqarışıq və səliqəsiz olan, yoldaşları ilə hamısının yekdil olduğu həqiqət barədə müxalifətçilik edən, atalarının iftixarları ilə öyünən, amma onların yaxşı və bəyənilən əməllərindən bir nəsibi olmayanları, onlardan (insanlardan) çıx. Beləsi (ataları ilə öyünərək özünün əməli olmayan şəxs) xələng bitkisinə oxşayır ki, cövhər və iliyinə çatana kimi onun qabıqlarını qat-qat soyurlar. Həmçinin Allah-taalanın «Onlar heyvan kimidirlər. Bəlkə də daha çox zəlalətdədirlər.» buyurduğu kimidirlər.»
1761.«İmməə» sözünün təfsiri.
6285.İmam Kazim (ə) (Fəzl ibn Yunisə):–«Xeyir ver, xeyir danış, «imməə» olma. Dedim: İmməə nə deməkdir? Buyurdu: «Mən insanların arasındayam və mən də onların biri kimiyəm» demək. Allahın Peyğəmbəri (s) buyurub: «Ey insanlar, yalnız iki yol var: yaxşı yol və pis yol.» Buna görə də pis yol sizinçün yaxşı yoldan sevimli olmamalıdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild