206. Rəhbər
980. Rəhbər
3148. Allahın Peyğəmbəri (s):«Xalqın rəhbəri onun xidmətçisidir.»
3149. İmam Hüseyn (ə) (Alicənab atası rəhbərliyin mənası barədə soruşduqda): «Ailəyə kömək etmək və onların üzləşdiyi zərər və ziyanları öz üzərinə götürməkdir.»
981. Rəhbərliyin amilləri
3150. İmam Əli (ə):«Xalqın zəhmətlərinin və xərclərinin yükünü üzərinə götürmək başçılığa səbəb olar.»
3151. İmam Əli (ə):«Həqiqi alicənab odur ki, elmi və biliyi ona böyüklük bəxş etsin. Həqiqi rəhbər öz Allahından və Rəbbindən qorxandır.»
3152. İmam Əli (ə):«Rəhbərlərin dəyəri və fəziləti ibadətin gözəlliyindədir.»
3153. İmam Əli (ə):«İnsan dörd xislətlə rəhbər olar: İffət (mə‘nəvi paklıq), ədəb, səxavət və müdriklik.»
3154. İmam Həsən (ə):«Xahişdən qabaq bəxş etmək ən böyük rəhbərin xislətindəndir.»
982. Rəhbərliyə mane olanlar
3155. İmam Əli(ə):«Alçaqlarla çəkişmək rəhbərliyə ləkə gətirər.»
3156. İmam Sadiq (ə):«Az günaha görə cəza verən şəxs rəhbərlik etməyə tamah gözünü dikməməlidir. Az təcrübəli, özündən razı və inadkar şəxs başçılıq tamahında olmamalıdır.»
3157. İmam Sadiq (ə):«Heç bir səfeh rəhbərlik kürsüsünə çatmaz.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild