İmam Həsən (ə)-ın hədisləri (hissə 1)
İmam Həsən (ə) (nadanlığın izahı haqda atasının sualına cavabında) : "Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir."
İmam Həsən (ə) : "Kim Allaha bəndəlik etsə, Allah bütün əşyaları onun bəndəsi edər."
İmam Həsən (ə) : "Allah-taala kimin üzünə dua və istək qapısını açmışsa, qəbul qapısı da onun üzünə açmışdır."
İmam Həsən (ə) : "Qəlbindən Allahın razılığını qazanmaqdan başqa bir şey keçirtməyənə Allahın onun duasınıqəbul edəcəyini zəmanət verirəm."
İmam Həsən (ə) : "Quran oxuyan kəsin gec, ya tez qəbul olunmuş bir duası vardır."
İmam Həsən (ə) : "Allahın gözəl seçminə arxalanan, Allahın onun üçün seçdiyi vəziyyətdən başqa bir vəziyyət arzulamaz."
İmam Həsən (ə) : "Mömin öz qismətindən narazı olduğu və öz məqamını, vəziyyətini dəyərsiz saydığı halda necə mömin ola bilər? Halbuki, onun hakimi (və taleyini təyin edən) Allahdır."
İmam Həsən (ə) : "Zəkat heç vaxt sərvəti azatmaz."
İmam Həsən (ə) (Onunla öz qızının evlənməsi barədə məşvərət edən bir kişiyə xitabən) :"Onu təqvalı kişiyə ərə ver. Çünki sənin qızını sevsə ona hörmət edəcək və əgər sevməsə ona zülm etməyəcək."
İmam Həsən (ə) : "Xahişdən qabaq bəxş etmək ən böyük rəhbərin xislətindəndir."
İmam Həsən (ə) ("Şücaət nədir?" sualının cavabında) : "Düşmənlər qarşısında dəyanət və döyüşdə möhkəmlikdir."
İmam Həsən (ə) : "Alçaqlıq, nemətə naşükür olmaqdır."
İmam Həsən (ə) ("Mən sizin şiələrdənəm" deyən kişinin cavabında):"Ey Allahın bəndəsi! Əgər bizim əmr və qadağalarımıza itaət edirsənsə, doğru deyirsən. Yox əgər belə deyilsənsə, əhli olmağın ali məqam iddiası ilə öz günahlarını artırma. Demə ki, "Mən sizin şiələrdənəm." De ki, "mən sizi sevənlərdən və sizin düşmənlərinizin düşmənlərindənəm." Belə olan halda, sən yaxşı insansan və yaxşıya tərəf istiqamət götürmüsən."
Kitabın adı: Məsumlardan 3333 hədis
Tərtib edənlər: İntiqam Rüstəmov, Baqir Orucov