İmam Həsən (ə)-ın hədisləri (hissə 2)
İmam Həsən (ə) : "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy."
İmam Həsən (ə) : "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir."
İmam Həsən (ə) : "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər."
İmam Həsən (ə) : "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar."
İmam Həsən (ə) : "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir."
İmam Həsən (ə) : "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dosluq etmə."
İmam Həsən (ə) : "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən."
İmam Həsən (ə) : "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir."
İmam Həsən (ə) : "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur."
İmam Həsən (ə) : "Cammatın səninlə necə (gözəl) rəftar etmələrini stəyirsənsə, sən də cammatla o cür rəftar et."
İmam Həsən (ə) : "Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən."
İmam Həsən (ə) : "Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir."
İmam Həsən (ə) : "Ağlın kamilliyi xalqla xoş münasibətdə olmaqdır."
İmam Həsən (ə) : "Sənə o kəs yaxındır ki, dosluq yolu ilə yaxın olsun. qoxumluq olmasa belə."
İmam Həsən (ə) : "Əgər müstəhəb işlər vacib işlərə zərər vurarsa, onları boşlayın."
İmam Həsən (ə) : " Hərçənd gözəl natiq olsan da, çox vaxt susmaq necə də yaxşı köməyçidir."
İmam Həsən (ə) : "Müsibətlər əcrin açarlarıdır."
İmam Həsən (ə) : "Hər iki sarayı qazandıran ağıldır. Hər kim ağıldan məhrum olsa, hər iki saraydan məhrum qalar."
Kitabın adı: Məsumlardan 3333 hədis
Tərtib edənlər: İntiqam Rüstəmov, Baqir Orucov.