362. Mərdlik
1635. Mərdliyin izahı
5760. Allahın Peyğəmbəri (s) (Səqif qəbiləsindən olan bir kişiyə):
«Ey Səqifli kişi! Sizlərdə mərdlik nə ilə ölçülür?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! İnsaflı olmaq və islah etməklə.» Həzrət buyurdu: «Bizdə də belədir.»
5761. İmam Əli (ə) («Mərdlik nədir?» sualına cavabından): «Aşkarda görməyə xəcalət çəkdiyin işi gizlində də görməyəsən.»
5762. İmam Əli (ə): «Dinində fəqih və bilən, həyatında mötədil, qarşılaşdığı ağır hadisələrdə dözümlü olmayana, qardaşlarının acısı ona şirin gəlməyənə qədər kişinin mərdliyi kamil olmaz.»
5763. İmam Əli (ə): «Mərdlik mülayimlik və xoş rəftarla kamilləşər.»
5764. İmam Əli (ə): «Mərdlik sədaqət və doğruluqla kamilləşər.»
5765. İmam Həsən (ə) (mərdlik barədə suala cavabından): «Dinin qorunması, insanın izzəti, yumşaqlıq, yaxşı və xeyir işlərdə davamlılıq, haqqı qaytarmaq və camaatla dostluqdur.»
5766. İmam Sadiq (ə) (mərdlik barədə suala cavabından): «Allahın səni qadağan etdiyi yerdə görməməsi, əmr etdiyi yerlərdə tapmasıdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild