351. Zirəklik
1608. Zirək
5632. Allahın Peyğəmbəri (s): «Zirək odur ki, öz nəfsini pisləsin və ölümdən sonrası üçün iş görsün.»
5633. Allahın Peyğəmbəri (s) («Möminlərin ən zirəyi kimdir? sualına cavabından):–«Onlardan, ölümü daha çox xatırlayan və özünü ona hazırlayanıdır.»
5634. Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir.»
5635. Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi odur ki, öz nəfsinin hesab-kitabını apara, ölümdən sonra üçün çalışa. Axmaqların axmağı isə odur ki, öz nəfsinə tabe ola və Allahdan diləklər diləyə.»
5636. İmam Əli (ə): «Zirək odur ki, özünü tanısın və əməlini (Allaha xatir) xalisləşdirsin.»
5637. İmam Əli (ə): «Zirək odur ki, bu günü dünənindən yaxşı olsun və özünü pislənilməkdən saxlasın.»
5638. İmam Əli (ə) (İnsanların ən zirəyi haqda suala cavabından): «Öz doğru yolunu azğınlıqdan ayırd etsin və öz qurtuluşuna üz tutsun.»
5639. İmam Əli (ə): «Sizlərin ən zirəyi, sizlərin ən ibadətkarıdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild