281 Təəssüb
1294. Təəssüb
Qur‘an:
«Kafirlər öz ürəklərində cahiliyyət təkəbbürünə və təəssübünə qapıldıqları zaman Allah Peyğəmbərinə və möminlərə Öz dərgahından xatircəmlik, qəlb rahatlığı göndərmiş və onlara təqva kəlməsini xoş etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!»
Hədis:
4276. Allahın Peyğəmbəri (s): «Təəssübkeşlik edən və yaxud təəssübü çəkilən, iman halqasını öz boynundan açmışdır.»
4277. Allahın Peyğəmbəri (s): «Hər kimin qəlbində xardal dənəsi boyda olsa belə təəssüb olarsa, Allah qiyamət günündə onu cahiyyət dövrünün ərəbləri ilə birgə dirildər.»
4278. Allahın Peyğəmbəri (s): «Təəssübkeşliyə çağıran kimsə bizdən deyil. Təəssüb yolunda döyüşən də bizdən deyil. Təəssüblə ölən kimsə bizdən deyil.»
4279. İmam Əli (ə) (İblisi pisləyərkən):–«Öz yaradılma səbəbinə (oddan olduğuna) görə Adəmə öyündü və əslinə, gövhərinə xatir, ona qarşı təəssübə qapandı. Bu, Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin və özünü böyük görənlərin başçısıdır. O, həm təəssübün bünövrəsini qoydu və həm də qüdrət, böyüklük üstündə Allahla çəkişməyə qalxdı, əyninə izzət paltarı geyinib təvazökarlıq nigabını uzağa atdı.»
4280. İmam Səccad (ə) (Təəssübkeşliyə aid suala cavabından): «Sahibi ona görə günaha batan təəssübkeşlik budur ki, insan öz qövmünün pisliklərini başqa qövmün yaxşılıqlarından üstün saysın. Kimsənin öz qövmünü və camaatını sevməsi, təəssübdən deyil. Təəssüb odur ki, zülmdə öz qövmünə kömək edəsən.»
1225. Bəyənilmiş təəssüb.
4281. İmam Əli (ə) (Qasiə xütbəsindən): «Əgər təəssübkeşliyin çarəsi yoxdursa, onda təəssübkeşliyiniz şərafətli, böyük, igid ərəb ailələri və onların qəbilə böyüklərinin, sərvərlərinin bəyənilmiş əxlaqları, dərin ağılları, yüksək məqamları və gözəl rəftarları ilə bir-birindən üstün olmağa çalışdığları yüksək insani xüsusiyyətlərə, bəyənilmiş əxlaqlara və yaxşı işlərə görə olmalıdır.Buna görə də qonşunun haqq hörmətini saxlamaq, əhd-peymanlara vəfalı olmaq, yaxşılara tabe olmaq, təkəbbürün əleyhinə çıxmaq, yaxşılıq etmək, zorakılıq və təcavüzdən çəkinmək, adam öldürməyi böyük (günah) saymaq, camaatla insaflı olmaq, qəzəbini udmaq və cəmiyyətdə pozğunluq yaratmaqdan uzaq durmaq kimi bəyənilmiş xislətlər üçün təəssübkeşlik göstərin.»
4282. İmam Əli (ə): «Əgər təəssübkeşliyə məcbursunuzsa, onda haqqa kömək və məzluma yardımda öz təəssübünüzü göstərin.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild