338. Qənaət
1550. Qənaət.
5366. «İddətud-dai»: Allah-taala Davuda vəhy buyurmuşdur: «Mən var-dövləti qənaətdə qərar versəm də, camaat onu malın çoxluğunda axtarır. Buna görə də onu tapmırlar. »
5367. Allahın Peyğəmbəri (s): «Qənaət tükənməyən bir sərvətdir.»
5368. İmam Əli (ə) (Nəhl surəsinin 97-ci ayəsi haqda suala cavabından): «Burada qənaət nəzərdə tutulur. »
5369. İmam Əli (ə): «İnsanların ən qənaətcili, onların ən çox şükr edənləridir. Onların nemətlərə ən naşükürü isə ən hərisləridir.»
5370. İmam Əli (ə): «Var-dövləti axtardım və onu qənaətdən qeyri bir şeydə tapmadım. Qənaətcil olun ki, var-dövlət sahibi olasınız.»
5371. İmam Əli (ə): «Heç bir xəzinə qənaət qədər zəngin deyil.»
5372. İmam Həsən (ə): «Bil ki, qənaət və şadlığın mərdliyi bəxşişin comərdliyindən çoxdur. »
1551. Qənaətə səbəb olanlar.
5373. İmam Əli (ə): «Qənaət, özünü saxlamağın və nəfsin izzətinin həddindən asılıdır.»
5374. İmam Əli (ə): «Ağıllı olan qənaətcil olar.»
5375. İmam Sadiq (ə): «Özündən ən aciz olanına bax, özündən imkanlısına baxma. Çünki bu səni qismətinə düşənlə kifayətləndirər.»
1552. Qənaətin meyvəsi.
5376. Allahın Peyğəmbəri (s): «Sənə verilənə qane ol ki, sorğu-sualın yüngül keçsin.»
5377. İmam Əli (ə): «Özünü islah etmək üçün ən yaxşı köməkçi qənaətdir.»
5378. İmam Əli (ə): «Qənaətcil olan, qəmgin olmaz.»
5379. İmam Əli (ə): «Baş ucalığı qənaətin hesabına əldə olunur.»
5380. İmam Əli (ə): «Ən gözəl həyatı, Allah-taalanın qənaətcillik verdiyi və pak, ləyaqətli həyat yoldaşı nəsib etdiyi bəndələri yaşayır.»
5381. İmam Hüseyn (ə): «Qənaət canın rahatlığıdır.»
5382. İmam Sadiq (ə): «Kim Allahın verdiyi az güzərana (və ruziyə) qane olsa, Allah onun az əməlinə şad olar.»
1553. Aza qane olan.
5383. İmam Əli (ə): «Kim az malına qane olmasa, çox malının da xeyrini görməz.»
5384. İmam Sadiq (ə): «Allah sənə qismət etdiyinə qane ol. Başqalarında olana göz dikmə. Əldə edə bilməyəcəyin şeyləri arzulama. Çünki qənaətcil olan tox olar. Qane olmayansa doymaz. Axirətinin bəhrəsini qənimət bil.»
Kitabın adı: Mizanul-hikmət 2-ci cild (xülasəsi)