298. Xoşluq
1396. Ən rahat həyat.
4749. İmam Əli (ə): «Ən rahat həyat məşəqqət və çətinliklə görülən işləri kənara atmaqdır.»
4750. İmam Əli (ə): «Ən xoş həyat qənaət etməkdir.»
4751. İmam Əli (ə): «Ən xoş və asudə həyatı o şəxs yaşayır ki, Allah-taala ona qənaətcillik və pak, ləyaqətli həyat yoldaşı əta etmiş olsun.»
4752. İmam Sadiq (ə): «Xoş xasiyyətdən rahat həyat yoxdur.»
1397. Həyatı korlayan amillər.
4753. İmam Sadiq (ə): «Üç şey həyatı korlayır: zalım hökmdar, pis qonşu və acıdil həyasız arvad.»
4754. İmam Sadiq: «Hər kimdə bu beş şeydən biri olmasa həmişə həyatı ləng, ağlı mə‘yus, fikri məşğul olar: birincisi sağlamlıq, ikincisi təhlükəsizlik, üçüncüsü ruzinin böyüklüyü, dördüncüsü həmdəm.» Rəvayətçi deyir ki, uyğun həmdəmin nə olduğunu soruşdum. Buyurdu: «Yaxşı arvad, yaxşı övlad və yaxşı yoldaş. Beşincisi, bunların cəmi olan asayiş.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild