118. Ehtiyat
589. Öz dinin üçün ehtiyat et
1795. İmam Əli (ə):«Sənin qardaşın, sənin dinindir. Belə isə, bacardığın qədər, öz dinindən muğayat ol.»
1796. İmam Sadiq (ə):«Öz dinində uzaqgörən və ehtiyatlı ol.»
1797. İmam Sadiq (ə):«Sənin üçün mümkün olan bütün işlərdə ehtiyatlı ol.»
119. Həyat
590. Həyat
1798. İmam Əli (ə):«Bilin ki, həyatdan başqa, elə bir şey yoxdur ki, sahibi ondan doyub yorulmasın. Çünki ölümdə öz rahatlığını görmür.»
591. Su və həyat
Qur’an:
«Hər bir canlını sudan yaratdıq.»
Hədis:
1799. İmam Sadiq (ə):«Suyun dadı həyatdır.»
592. Həyatdan daha yaxşı olanlar
1800. İmam Əskəri (ə):«Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan.»
593. Həqiqi həyat
1801. İmam Əli (ə):«Dindarlıqdan başqa həyat, əminliyi əldən verməkdən başqa ölüm yoxdur.»
1802. İmam Əli (ə) :«Tovhid (təkallahlılıq) cana həyat bəxş edəndir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild