208. Bu günün işini sabaha saxlamaq
985. Bu günün işini sabaha saxlamağın qadağan olması
3170. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Arzunun tə‘sirindən bu günün işini sabaha saxlamaqdan ehtiyat et. Çünki sən sabahda yox, bu gündə yaşayırsan. Belə ki, əgər sənin üçün sabah açılarsa, sabah da bu gündə olduğun kimi ol və əgər sənin üçün sabah olmasa, bu günün işində səhlənkarlıq etdiyinə görə peşman olmayasan.»
3171. İmam Əli (ə) (öz dostlarından birinə məktubundan): «Ömründən sənə nə qalıbsa əldən vermə və «sabah və birigün» demə. Çünki səndən qabaqkılar öz arzularına arxayın olduqlarına və «bu gün-sabah» etdiklərinə görə məhv oldular. Belə ki, Allahın (ölüm) fərmanı bu qafilləri gözlənilmədən haqladı.»
3172. İmam Əli (ə):«Kimin möhləti başa çatıbsa (əldən verdiyini, ələ gətirmək üçün) möhlət istəyər. Kimə möhlət verilərsə, işi yerinə yetirməkdə «bu gün-sabah» edər.[3484]
3173. İmam Əli (ə):«Əməli olmadan axirətə ümid bəsləyən və uzun arzulara görə tövbəni tə‘xirə salan şəxs kimi olma... onun qarşısına bir şəhvət çıxanda günahı qabağa və tövbəni tə‘xirə salar.»
3174. İmam Səccad (ə) (duasında): «Ey Allahım! Mənə öz halıma ağlamaqda kömək et. Çünki «bu gün sabah» etməklə arzu və amallarla ömrümü hədərə verib, puç etmişəm və artıq öz xeyrinə, nicatına ümidini itirənlərdən olmuşam.»
3175. İmam Baqir (ə):«Bu günün işini sabaha saxlamaqdan ehtiyat et, Çünki bu iş elə bir dənizdir ki, insanlar onda batıb məhv olublar.»
3176. İmam Sadiq (ə):«Tövbəni tə‘xirə salmaq özünü aldatmaqdır və «bu gün-sabah» etmək məəttəl qalmaqdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild