330. Borc vermək
1511. Borc
Qur‘an:
«Kimdir o kəs, Allaha yaxşılıqla borc versin ki, (nəticəsini) onunçün ikiqat artırsın. Həm də ona gözəl bir mükafat olsun?»
Hədis:
5220. Allahın Peyğəmbəri (s): «Kim (malı əlindən çıxdığına görə) qəmgin olana borc versə və onu geri almaqda güzəştcil olsa, əməli yenidən başlamışdır (günahı silinmişdir). Allah onun hər dirhəminin müqabilində, ona cənnətdən (dirhəmlərindən) min qintar (yüz rətl) əta edər.»
5221. Allahın Peyğəmbəri (s): «Kimsə qardaşının ehtiyacı olarsa və o, borc verə biləcəyi halda bunu etməsə, Allah cənnəti ona haram edər.»
5222. İmam Əli (ə): «Kim Allaha təvəkkül etsə, Allah onun təminatını ödəyər. Kim Allahdan istəsə, Allah ona əta edər və kim Allaha borc versə, Allah onu qaytarar. Kim Allaha şükr etsə, Allah ona mükafat verər.»
5223. İmam Əli (ə) (Əziz övladı Həsənə (ə) tövsiyəsindən): «Əgər elə bir kasıb görsən ki, sənin azuqəni qiyamət gününə qədər çiyninə çəkəcək və sabah həmin azuqəyə ehtiyacı olduqda sənə təhvil verəcək, eləsini qənimət bil, öz azuqəni onun çiyninə qoy. Nə qədər bacararsansa bu azuqə yükünü ağırlaşdır. Çünki ola bilər ki, gələn dəfə onu axtaranda tapmayasan. İmkanlı olsan və kimsə səndən borc istəsə, onun vücüdunu qənimət bil ki, kasıblığa düşəndə onu sənə qaytarsın.»
5224. İmam Sadiq (ə): «Cənnətin qapısında yazılıb: «Borc (savabı) on yeddi qat, sədəqə on qatdır.» Səbəbi isə budur ki, borc ehtiyacı olandan qeyrisinə çatmaz, sədəqə isə ehtiyacı olmayana da çata bilər.»
5225. İmam Sadiq (ə): «(Kimsəyə) Borc verməyi, həmin məbləğdə bəxşiş verməkdən daha çox sevirəm.»
1512. İmkansız borcluya möhlət vermək.
Qur‘an:
«Əgər (sizə borclu olan) imkansızdırsa, vəziyyəti yaxşılaşana qədər (ona) möhlət verin. Əgər həqiqətən də ödəməyə imkanı yoxdursa, bilmək istəyirsinizsə, onu bağışlamaq sizin üçün daha yaxşıdır.»
Hədis:
5226. Allahın Peyğəmbəri (s): «Kim kasıba möhlət verərsə, Allah Onun kölgəsindən başqa bir kölgənin olmadığı vaxt, ona Öz kölgəsində pənah verər.»
5227. Allahın Peyğəmbəri (s): «Kim möminə borc verərsə və imkanlı olana qədər (borcu geri almaqda) səbr edərsə, borcu ona qayıdanadək onun malı zəkat hesab olunmaz, namazda mələklərlə olar.»
5228. Allahın Peyğəmbəri (s): «Kim duasının müstəcəb və qəminin uzaqlaşmasını istəyirsə, kasıba möhlət versin.»
5229. Allahın Peyğəmbəri (s): «Qorxun kasıbın qarğışından!»
5230. Allahın Peyğəmbəri (s): «Sənə borcu olanın, imkanı olduğu halda borcunu ödəməyə bəhanə gətirməyi rəva olmadığı kimi, onun kasıb olduğunu bildiyin halda, sıxmağın da rəva deyil.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild