148. Borc almaq
739. Borc
2312. Allahın Peyğəmbəri (s): «Borc almaqdan çəkinin ki, o, gecənin qəmi və günün zəlilliyidir.»
2313. İmam Əli (ə): «Çox borclu olmaq doğru danışanı yalançı və sözübütöv adamı sözündən çıxan edər.»
2314. İmam Sadiq (ə): «Az borc götürün, az borclu olmaq ömrü uzadar.»
740. Ehtiyac olan yerdə, borc almaq olar
2315. İmam Kazim (ə): «Özünün və ailəsinin tə‘minatı üçün halal ruzi dalınca gedən şəxs Allah yolunda cihad edən kəs (mucahid) kimidir. Əgər bir qazanc əldə edə bilməsə, Allaha və Onun peyğəmbərinə ümid edərək borc götürsün və ailəsinin yeməyini tə‘min etsin.»
741. Borcu (yazılı) qeyd etməyə həvəsləndirmək
Qur’an:
«Ey iman gətirənlər! Bir-birinizə müddətli borc verəndə onu (bir yerdə) yazın.»
Hədis:
2316. Allahın Peyğəmbəri (s): «Bir neçə dəstə insanın, o cümlədən, bir kəsə müddətli borc verən, amma onu qeyd etməyən, ya bir neçə şahid götürməyən kəsin duası müstəcəb olmaz.»
742. Borcu ödəməyi yubatmağın qadağan olunması
2317. Allahın Peyğəmbəri (s): «Əgər bir şəxs öz borcunu ödəməyə imkanı olduğu halda, bu ödənişi yubadırsa, hər keçən gün (zorla) bac (xərac) yığanın günahı onunçün yazılar.»
2318. Allahın Peyğəmbəri (s): «İmkanlı şəxsin borcunu ödəməyi yubandırması zülmdür.»
2319. İmam Əli (ə): «Öz malında ən xəsis insanlar, öz abırlarında (tökməkdə) ən səxavətli olanlardır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild