407. Və’d
1832.Allahın vədi haqdır
Qur‘an:
«Buna görə də səbr et! Şübhəsiz ki, Allahın vədi haqdır. Məbada, yəqini olmayanlar səni tələsməyə vadar etsinlər.»
«Pərvərdigara! Sən, olacağına şübhə edilməyən bir gündə insanları bir yerə toplayacaqsan. Həqiqətən Allah vədinə xilaf çıxmaz.»
Hədis:
6568.Allahın Peyğəmbəri (s): «Allah hər kimə mükafat vəd etsə, həmin vədini mütləq gerçəkləşdirər və hər kimə bir iş müqabilində cəza vəd etsə, həmin və’din(i yerinə yetirib yetirməmək)də azaddır.»
1833.Və’d borcdur
6569.Allahın Peyğəmbəri (s): «Və’d borcdur. Vay olsun və’d verib ona xilaf çıxana, vay olsun və’d verib ona xilaf çıxana, vay olsun və’d verib ona xilaf çıxana!»
6570.Allahın Peyğəmbəri (s): «Möminin və’di (onun boynunda olan) borcdur. Möminin vədi, onun öz və’dini ovucunun içinə qoyması kimidir.»
6571.İmam Əli (ə): «Birini xoş üzlə qaytarmaq, gec yerinə yetirilən və‘-dədən daha gözəldir.»
6572.İmam Rza (ə): «Biz Əhli-beyt, verdiyimiz vədi boynumuzda borc (kimi) görürük, necə ki, Allahın Peyğəmbəri (s) belə etdi.»
1834.Və’d iki köləlikdən biridir
6573.İmam Əli (ə): «Bir şey istənilən şəxs və’d verənə kimi azaddır.
6574.İmam Əli (ə): «Və’d iki köləlikdən biridir. Və’di yerinə yetirmək iki azadlıqdan biridir.»
6575.Əbul Hüməysa: «Peyğəmbər (s) peyğəmbərliyə göndərilməmişdən qabaq onunla bir alver etdim və bir yerdə onunla və’d qoyduq. Amma həmin gün və səhərisi gün və’dləşdiyimiz yerə getmək mənim yadımdan çıxdı. Üçüncü gün o Həzrətin yanına getdim. Həzrət buyurdu: Ey cavan, məni zəhmətə saldın. Mən üç gündür ki, burdayam.»
6576.İmam Rza (ə) Cəfəriyə xitab edərək buyurmuşdur: «Bilirsən İsmaili (ibn Cərqili) nə üçün «sadiqul-vəd» (vədində düz) adlandırıblar? Dedim: Bilmirəm. Həzrət buyurdu: Biri ilə və’dləşdi və bir il həmin şəxsi gözlədi(yinə görə).»
1835.Bəyənilməyən vədlər
6577.İmam Əli (ə): «Heç vaxt (yerinə yetirilməsi) barəsində özünə arxayın olmadığın vədi vermə.»
6578.İmam Sadiq (ə): «Heç vaxt qardaşına vəfa edilməsi sənin əlində olmayan vədi vermə.»
6579.İmam Kazim (ə) («mənə və’d ver» deyən şəxsə buyurmuşdur): «Ümidim olmayan şeyə ümidim olan şeydən daha ümidvar olduğum halda sənə necə və’d verim?»
1836.Və’dəxilaflığın məzəmməti
6580.İmam Sadiq (ə): «Möminin vədə (xilaf çıxılacağı təqdirdə) kəffarəsi olmayan (barəsində kəffarə fərz edilməyən) bir nəzirdir. Çünki kim vədinə xilaf çıxsa, hər şeydən qabaq Allahla olan və’də xilaf çıxıb və özünü Onun qəzəb və nifrətinə düçar edib. Bu, Allah-taalanın kəlamıdır ki, : Ey iman gətirənlər, nə üçün yerinə yetirməyəcəyiniz şeyi deyirsiniz?
6581.İmam Kazim (ə): «Uşaqlara və’d verəndə ona əməl edin. Çünki onlar belə fikirləşirlər ki, onlara ruzi verən sizsiniz. Allah qadın və uşaqlara görə qəzəbləndiyi qədər heç nə üçün qəzəblənmir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild