192. Səfər
940. Səfər
3027. Allahın Peyğəmbəri (s):«Səfərə çıxın ki, sağlam qalasınız və qənimət əldə edəsiniz.»
3028. Allahın Peyğəmbəri (s):«Səfər əzabın bir hissəsidir. Sizlərdən biriniz səfəri başa vuran kimi, tezliklə öz ailəsinin yanına qayıtsın.»
3029. İmam Əli (ə):«Səfərdən qabaq öz yol yoldaşınla maraqlan və ev almamışdan qabaq bax gör, qonşun kimdir.»
941. Səfərin qaydası
3030. Allahın Peyğəmbəri (s):«Üç nəfər həmsəfər olduqda, öz aralarından bir nəfəri başçı seçsinlər.»
3031. Allahın Peyğəmbəri (s):«İnsanların başçısı səfərdə onlara xidmət edəndir.»
3032. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz səfərdən qayıdanda bir daş parçası da olsa öz ailəsi üçün hədiyyə və töhfə gətirsin.»
3033. İmam Əli (ə):«Sən ona qarşı münasibətdə, onu özündən üstün bildiyin kimi, o da səni özündən üstün bilməyən şəxslə səfərə çıxma.»
3034. İmam Sadiq (ə):«Öz səfərini sədəqə verməklə başla və istədiyin vaxt yola düş. Çünki sədəqə verməklə səfərin salamatlığını alarsan.»
3035. İmam Sadiq (ə):«Loğman öz oğluna dedi:«Bir neçə nəfərlə həmsəfər olanda özünə və onlara aid olan işlərdə yol yoldaşlarınla məşvərət et, onlarla gülərüz ol, ehtiyat üçün götürdüyün azuqəndən onlara əliaçıqlıq et. Səni də‘vət etsələr qəbul et. Üç şeydə onlardan üstün ol: susmaqda, çox namaz qılmaqda və öz minik, və ya sərvət və yaxud götürdüyün azuqədə səxavətlilikdə.»
3036. İmam Sadiq (ə):«Səfərdə mərdlik aşağıdakılardan ibarətdir: yol azuqəndən yoldaşlarına bəxşiş etmək, Allahı qəzəbə gətirməyən zarafat etmək, həmsəfərlərə az müxalifdə olub, az narazılıq etmək və onlardan ayrıldıqdan sonra onları pis sözlərlə yad etməmək.»
942. Qadağan olunmuş səfərlər
3037. İmam Əli (ə):«İnsan öz dininə və namazına ziyan dəyəcəyindən qorxduğu səfərə çıxmamalıdır.»
3038. İmam Sadiq (ə) (Məhəmməd ibn Muslimin səfərdə cünub olan və qüsl almaq üçün qardan və buzdan başqa bir şey tapmayan şəxsin hökmü barədə sualına cavabından): «Belə vəziyyətdə zərurət halı vardır. O, bir daha dininə ziyan vuran məkana çıxmamalıdır.»
923. Gəzmək
3039. İmam Sadiq (ə) İmamın qardaşı Abdullah ibn Muhəmmədin (ə) mənzilində o Həzrətin (ə) yanına gəlib «Sizə fəda olum. Buraya nə məqsədlə gəlmisiniz?» deyə soruşan Əmr ibn Hureysə cavabında buyurdu:«Gəzmək üçün.»
3040. İmam Rza (ə):«Bir gün xudmani bir gəzintiyə çıxmışdıq. Amma xidmətçilərdən biri duz götürməyi yaddan çıxarmışdı. Buna görə, bizim üçün kəsdikləri kök qoyundan heç nə yeməyib geri qayıtdıq.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild