121. Həya
595. Həya
1816. İmam Əli (ə):«Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir.»
1817. İmam Əli (ə):«Həya bütün yaxşılıqların açarıdır.»
1818. İmam Əli (ə):«İnsanların ən ağıllısı onların ən həyalısıdır.»
1819. İmam Əli (ə) :«Həya pisliyə mane olar.»
1820. İmam Əli (ə):«Həya iffətliliyin səbəbidir.»
596. Həya və iman
1821. Allahın Peyğəmbəri (s):«Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır.»
1822. İmam Sadiq (ə) :«Həyası olmayanın imanı yoxdur.»
597. Həyanın qınanıldığı hallar
1823. Allahın Peyğəmbəri (s):«Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik.»
1824. İmam Əli (ə):«Utancaqlıq məhrumiyyətə yaxındır.»
1825. İmam Əli (ə):«Utancaqlıq ruzinin yolunda maneədir.»
1826. İmam Əli (ə):«Kim haqqı deməyə utanırsa axmaqdır.»
598. Həyasızlığın nəticəsi
1827. Allahın Peyğəmbəri (s):«Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb:Həyan olmasa, istədiyin hər işi et.»
1828. İmam Əli (ə):«Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz.»
1829. Allahın Peyğəmbəri (s):«Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar.»
1830. Allahın Peyğəmbəri (s):«Hərbiriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz.»
1831. İmam Kazim (ə):«Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.»
600. Həyanın zirvəsi
1832. İmam Əli (ə):«Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild