270 Abır-həya
1230. Abır-həyalı olmağa həvəsləndirmək
4051. İmam Əli (ə): «Malına ən çox xəsis olan insanlar, öz abır-həyalarında daha əliaçıq olanlardır.»
4052. İmam Əli (ə): «Ən yaxşı sərvət odur ki, abır-həyanın qorunmasına səbəb olsun.»
4053. İmam Əli (ə): «Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir.»
4054. İmam Sadiq (ə): «Abır tökülsə,onu yığıb yığışdırmaq (bərpa etmək) çətin olar.»
1231. Müsəlmanların heysiyyatına toxunmaqdan çəkinməyin savabı
4055. İmam Səccad (ə): «Kim müsəlmanların heysiyyatına toxunmaqdan çəkinsə, Allah qiyamət günündə onun büdrəyişlərini bağışlar.»
1232. Müsəlmanların heysiyyatını qorumağın savabı
4056. Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, bu əməli onunla cəhənnəm odu arasında pərdə olar.»
4057.Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, şübhəsiz ki, cənnət ona vacib olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild