Allahın icazəsi ilə yaxın mələyi olan Cəbrail(ə) Adəm peyğəmbər(ə)-ın xidmətinə gəlib belə buyurur;Ey Adəm Mən Allah taala tərəfindən sənin tərəfinə gəlib,səni bu üç xüsusiyyətlərdən xəbərdar edim.Və bir də bu üç xüsusiyyətin birini özün üçün seçə bilərsən,ikisini qaytarıb aparacağam.
Həzrət Adəm (ə) "o üç xüsusiyyət nədir?"- deyə soruşdu.
Cəbrail (ə) belə cavab verir.Həya,ağıl,din.
Adəm dedi ki,mən ağlı özüm üçün seçirəm.
Cəbrail (ə) həya və dinə deyir ki,siz ağıldan ayrılın.Həya və din belə cavab verirlər:
Ey Cəbrail Allah taala tərəfindən bizə əmr olunub ki,ağıl ilə birlikdə olub ondan ayrılmayaq.
Cəbrail (ə) belə deyir:İxtiyar özünüzdədir deyib göy aləminə gedir."