» » » Sair imamlardan (ə) nəql olunan hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sair imamlardan (ə) nəql olunan hədislər
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 28-01-2016, 18:00 | Baxılıb: 3 240
     
     
    Sair imamlardan (ə) nəql olunan hədislər

    ◘İmam Səccad (ə) buyurub: ”Bizim dövrün insanları altı təbəqəyə bölünüb; şirlər, canavarlar, tülkülər, itlər, donuzlar və qoyunlar. Şirlər sultanlardır ki, kimə istəsələr qalib gəlir və məğlub olmurlar. Canavarlar tacirlərdir ki, alanda yalandan pisləyirlər, satanda isə yalandan tə`rifləyirlər. Tülkülər riyakarlardır ki, camaatdan istifadə etməkdən ötrü özlərini hiyləgərcəsinə müsəlman kimi göstərirlər, əslində isə onların içində imandan əsər-əlamət yoxdur. Donuzlaar arvadsifətlər və şəhvətpərəstlərdir ki, hər çirkin işə getməkdən çəkinməzlər. İtlər acıdil insanlardır ki, camaat onlara dillərinin qorxusundan hörmət edirlər. Qoyunlar  mö`minlərdir ki, yununu qırxırlar, ətini yeyirlər, sümüklərini də sındırırlar. Biçarə qoyun, bir sürü şirin, canavarın, tülkünün, donuzun və itin arasında nə etsin?”
    ◘İmam Musa ibn Cə`fər (ə) buyurub: "Elə ki, İbrahimi (ə) mancanağa qoydular, Cəbrail qəzəbləndi. Allah tərəfindən vəhy nazil oldu: "Nə üçün qəzəblisən?” Ərz etdi: "İlahi, sənin dostun – yer üzərində ondan başqa bir kəsin Sənə ibadət etmədiyi bir dostun - indi Sənin və özünün düşməninin əlindədir.” Cavab gəldi: "Sakit ol. Sənin kimi bəndələr qorxar ki, birdən fürsət əlindən çıxar. Amma mən hər bir an istəsəm ona nicat verə bilərəm.” Cəbrail sevindi. Üzünü İbrahimə (ə) tutub dedi: "Köməyə ehtiyacın varmı?” Buyurdu: "Bəli, var, amma sənin köməyinə yox.” Bu zaman Allah İbrahimdən (ə) ötrü bir üzük göndərdi ki, onda altı kəlmə yazılmışdı: "La ilahə illəllah”, Məhəmmədən rəsulullah”, "La hövlə və la qüvvətə illa billahil əliyyil-əzim”, "Fəvvəztu əmri iləllah” (İşimi Allaha tapşırdım), "Əsnədtu zuhri iləllah” (Allaha e`timad etdim) "Həsbiyəllah” (Allah mənə bəsdir).
    Bundan sonra vəhy nazil oldu: "Bu üzüyü barmağına tax. Mən odu səndən ötrü sərin edəcəyəm.”
    ◘Məhəmməd Hənəfiyyə deyib: "Biz altı imtiyaza malikik. Bizdən əvvəl heç kəs bu imtiyaza sahib olmayıb və bizdən sonra da belə bir şey olmayacaq: Peyğəmbərlərin sərvəri olan Məhəmməd (s) bizim nəsildəndir. Həmçinin övsiyaların sərvəri Əli (ə) də bizdəndir. Bundan başqa şəhidlərin sərvəri Həmzə (ə), behişt cavanlarının ağası olan Həsən (ə) və Hüseyn (ə), Allahın ona behiştin istədiyi yerinə uçmasından ötrü iki qanad verdiyi Cəfəri-Təyyar (ə) və İsa ibn Məryəmin (ə) onun arxasında namaz qılacağı Məhdi (ə) də bizim nəsildəndir.
    ◘Həzrət Musaya (ə) vəhy oldu: "Altı şey altı yerdədir, lakin camaat onu başqa yerdə axtarır və (belə etsələr) heç vaxt tapmayacaqlar; Mən asayişi və rahatlığı behiştdə qərar vermişəm, lakin camaat onu dünyada axtarır. Elmi aclıqda qərar vermişəm, camaatsa onu toxluqda axtarır. İzzəti gecə oyaq qalmaqda qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır. Ucalığı təvazödə qərar vermişəm, camaatsa təkəbbürdə axtarır. Duanın müstəcab olmasını yeməyin halal olmasında qərar vermişəm, camaat onu səs-sədada axtarır. Ehtiyacsızlığı da qənaətdə (qane olmaqda) qərar vermişəm, lakin camaat onu mal-dövlətin çoxluğunda axtarır.”
    ◘Həzrət Davuda (ə) vəhy oldu: "Ey Davud! Hər kəs Məni tanısa Məni yad edər, hər kəs Məni yad etsə Mənə diqqət yetirər, hər kəs Mənə diqqət yetirsə Məni axtarar, hər kəs Məni axtarsa tapar, hər kəs Məni tapsa qoruyub saxlayar və hər kəs də Məni qoruyub saxlasa həmişə başqalarından üstün tutar.”
    ◘Əmirəl-mö`minin (ə) buyurub: «Mən altı nəfərin behiştə getməsinə zaminəm; sədəqə verən yerdə ölən, xəstəni yoluxmağa gedən yerdə ölən, Allah yolunda cihada gedən yolda ölən, Həcc səfərində ölən, Cümə namazına gedərkən yolda ölən və hər hansı bir müsəlmanın dəfn mərasimində onun cənazəsini müşayiət edərkən ölən kəsin.»
    ◘Bir nəfər Həzrət Əlinin (ə) yanında "Əstəğfirullah” yə`ni, "Allahdan bağışlanma istəyirəm” dedi. Həzrət ona belə buyurdu: "Anan sənə ağlasın! Heç bilirsənmi ki, "istiğfar” nədir? İstiğfar ali-məqam kişilərin dərəcəsidir. Bu sözün altı şərti var:
    1. Keçmiş günahlara görə peşman olmaq.
    2. Gələcəkdə də bir daha günah etmək qərarına gəlməmək.
    3. Camaatın haqqını ödəmək və bundan sonra heç bir kəsin haqqı ölənədək boynunda qalmasın.
    4. Keçmişdə yerinə yetirmədiyi vacib əməlləri icra etmək.
    5. O qədər qəm-qüssədə olmaq ki, bədənin günah zamanı əmələ gələn ətləri əriyib aradan getsin.
    6. Günahın şirinliyini daddığın kimi ibadətin də əziyyətini dadmaq.
    Yalnız bütün bunları yerinə yetirdikdən sonra "əstəğfirullah” de. (Əvvəlki dörd şərt vacib, axırıncı iki şərt isə müstəhəbdir. Bu altı şərt birlikdə tövbənin ali dərəcəsini bildirir.)
    ◘Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu. Adəm (ə) ağlardan birindən soruşdu: 
    –Sən kimsən?
    Cavab verdi:
    –Əql.
    Soruşdu: 
    –Sənin yerin haradır?
    –Beyin.
    Adəm (ə) ikincidən soruşdu:
    –Sən kimsən?
    –Məhəbbət.
    –Sənin yerin haradır?
    –Ürək.
    Həzrət Adəm (ə) üçüncüdən soruşdu:
    –Sən kimsən?
    Dedi:
    –Həya.
    –Sənin yerin haradadır?
    –Göz.
    Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu:
    –Sən kimsən?
    Cavab verdi:
    –Təkəbbür.
    –Sənin yerin hardadır?
    –Beyin.
    Adəm (ə) soruşdu: 
    –Əql ilə bir yerdəsiniz?
    Dedi:
    –Elə ki, mən gəldim əql gedir.
    İkincidən soruşdu: 
    –Sən kimsən?
    –Həsəd.
    Soruşdu: 
    –Yerin hardadır?
    –Ürək.
    –Məhəbbətlə bir yerdəsiniz?
    –Mən gəldimsə, məhəbbət gedəcək.
    Adəm üçüncüdən soruşdu:
    –Bəs, sən kimsən?
    Cavab verdi:
    –Tamah.
    –Bəs sənin yerin hardadır?
    –Göz.
    –Həya ilə bir yerdəsiniz?
    Dedi:
    –Mən daxil olan kimi, həya xaric olur.
    (Mümkündür ki, bu altı nəfər Adəmi (ə) tə`limatlandırmaqdan ötrü bu surətdə gələn mələklər olmuşdur. Yaxud da mətləbi başa salmaqdan ötrü aydın bir yuxu olmuşdur.
     
     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 30 Ocak 2016 15:50 | Redaktor | Şərh yazdı
    Allah razı olsun bacım çox deyerli ibretli hedislerdi ellerin derd görmesin inşAllah çox sağ ol.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 29 Ocak 2016 10:08 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci cox gozel hedislerdir

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 29 Ocak 2016 08:26 | Sayt nəzarətçisi | Şərh yazdı
    Ehsen baci cox onemli ve maraqli hedislerdi ellerin var olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 28 Ocak 2016 22:05 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim cox gozel ,deyerli ve maraqlidir. oxumagina deyer ellerin var olsun bacim,Allah qebul etsin amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.