» » » Sair imamlardan (ə) olan hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sair imamlardan (ə) olan hədislər
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 21-01-2016, 18:00 | Baxılıb: 2 419
     
     
     Sair imamlardan (ə) olan hədislər

    ◘İmam Məhəmməd Baqir (ə) buyurub: "İslamın beş əsası var; namaz, zəkat, həcc, ramazan ayının orucu, biz əhli-beytin vilayətini və dostluğunu qəbul etmək. Bunlardan dördü müəyyən hallarda rüsxətlidir. Yə`ni, fəqirə zəkat düşmür, imkanı müəyyən həddə çatmayan həccdən azaddır, xəstə adam namazını oturduğu halda da qıla bilər və oruc tutmaya bilər. Lakin vilayət heç kəsin boynundan götürülmür. Bu xəstəyə də, sağlama da, varlıya da, yoxsula da vacibdir.
    ◘Həzrət Baqir (ə) Əbi-Bəkr Həzrəmiyə buyurub: "Bilirsənmi ki, ölüyə necə namaz qılınır?” Dedi: "Xeyr.” Buyurdu: "Beş təkbir gündəlik beş namazdan götürülüb. Beş gündəlik namazlardan da yalnız təkbir götürülüb. (Elə hesab etmək olar ki, beş namaz qılınıb.)
    ◘Həzrət Sadiq (ə) buyurub: "Həzrət Adəm (ə) meyvə yemək istədi. Oğlu Hibətullah meyvə ardınca yola düşdü. Yolda Cəbrail onunla qarşılaşıb dedi: "Hara gedirsən? " Dedi: "Adəm xəstədir, ürəyi meyvə istədi.” Cəbrail dedi: "Qayıt, Allah ruhunu aldı.” Hibətullah qayıdıb atasının vəfat etdiyini gördü. Sonra mələklər ona qüsul verdi. Sonra Cəbrail Hibətullaha göstəriş verdi ki, qabağa keçib atasının bədəninə namaz qılsın, mələklər də ona iqtida etsin. Allah tərəfindən vəhy nazil oldu ki, beş təkbir desin, sonra aram-aram bədəni qaldırıb qəbirə qoysun və qəbri hamarlasın. Daha sonra göstəriş verdi ki, bütün ölüləri bu cür etsinlər.
    Həzrət Baqir (ə) buyurub: "Bir qrup müşriki Peyğəmbərin (s) hüzuruna gətirdilər, göstəriş verdi ki, birindən başqa hamını öldürsünlər. Həmin müşrik soruşdu: "Nə üçün məni azad etdiniz? " Buyurdu: "Cəbrail mənə xəbər verib bildirdi ki, sən Allahın və Peyğəmbərin sevdiyi beş xüsusiyyətə maliksən; öz namusuna qarşı çox qeyrətlisən, səxavətlisən, xoşxasiyyətsən, doğrudanışan və şücaətlisən.” Müşrik bu sözləri eşidən kimi dönüb müsəlman oldu. O, ömrünün axırına qədər İslama sadiq qaldı və nəhayət, Peyğəmbərin (s) apardığı döyüşlərin birində şəhid oldu.
    ◘Həzrət Musa ibn Cə`fər (ə) buyurub: "Həzrət Əli (ə) "Özünün dünyadakı bəhrəni yaddan çıxarma” ayəsinin təfsirindən buyurub: "Yə`ni, bədənin sağlamlığı, asudə vaxt, cavanlıq və fərəhindən axirətindən ötrü istifadə etməyi unutma.”
    ◘Həzrət Riza (ə) buyurub: "Var-dövlət beş xüsusiyyət olmasa toplanmaz: "Möhkəm simiclik, uzun-uzadı arzular, hərislik, qohumlarla əlaqəni kəsmək və dünyanı axirətdən üstün tutmaq.”
    ◘Allah-təala peyğəmbərlərdən birinə vəhy edib buyurdu: "Sabah səhər qarşılaşdığın birinci şeyi ye, ikincini gizlət, üçüncünü qəbul et, dördüncünü naümid etmə və beşincidən özünü qoru.”
    Sabahısı gün səhər hərəkət etdi. Elə ilk mərhələdə böyük, qara bir dağla üzləşdi. Heyrətlə donub yerində qaldı. Sonra öz-özünə dedi: "Allah boş yerə göstəriş verməz.” Dağı yemək məqsədilə irəli getdi.” Hər nə qədər irəli gedirdisə dağ getdikcə kiçilirdi. Nəhayət, həmin dağ kiçik bir tikəyə çevrildi. Elə ki yedi, gördü çox dadlı bir tikədir. Oradan keçib qızıldan bir teşt gördü, göstərişə uyğun olaraq yeri qazıb teşti orada basdırdı. Bir az gedib dönüb arxaya baxdı. Gördü ki, teşt öz-özünə torpağın altında çıxıb. Öz-özünə dedi: "Mən öz üzərimə düşəni yerinə yetirdim.” Sonra bir quşa rast gəldi. Həmin quşun ardınca ov qızılquşu düşmüşdü. Quş gəlib onun ətrafında fırlanmağa başladı. Peyğəmbər dedi: "Mənə əmr olunub onu qəbul edim.” Əbasının yaxasını araladı. Quş ora daxil oldu. Qızılquş ona dedi: "Neçə gün idi bu ovun arxasınca düşmüşəm, sən isə onu məndən oğurladın.” Öz-özünə dedi: "Allah mənə bunu da naümid etməməyi tapşırıb.” Ovun bud hissəsindən bir tikə qoparıb ona atdı. Bir az getmişdi ki, gördü bir parça ət yerə düşüb. Ət iylənmiş və qurd basmışdı. Vəzifəsinə uyğun olaraq ondan uzaqlaşdı. Bundan sonra qayıtdı. Gecə yatarkən yuxuda ona belə dedilər: "Sən boynuna düşən vəzifəni yerinə yetirdin. Məqsədin nə olduğunu başa düşdün?” Dedi: "Xeyr.” Dedilər: "O dağ qəzəb idi. İnsan qəzəblənən zaman özünü dağın qarşısında görür. Əgər insan özünü ələ alsa qəzəb yavaş-yavaş aramlaşar. Nəticədə dadlı bir tikə kimi onu udar. Qızıl  teşt saleh və xeyir əməl idi. Nə qədər gizlətsən də Allah onu aşkar edib sahibini tanıtdırar. Axirətdə də özünəməxsus savabı var. Quş nəsihət edənə işarə idi. Gərək onun göstərişinə əməl edəsən. Qızılquş isə hacəti olandır ki, onu naümid etmək olmaz. İylənmiş ət isə qeybətdir. Ondan uzaq ol.”
    ◘Həzrət Sadiq (ə) buyurub: "Mö`minin beş əlaməti var; xəlvətdə Allahdan qorxu, yoxsulluq zamanı sədəqə, müsibət zamanı səbr, qəzəb zamanı helm və qorxu zamanı doğru danışmaq.
    ◘Beş xüsusiyyət hər hansı bir mö`mində cəm olsa layiqdir ki, Allah onu behiştə varid etsin; qəlbin nuraniliyi, İslami məsələlərin fəhmi, təqva, camaatı sevmək və xoş sima (elə bir sima ki, kamal və salehlik əlamətləri onda açıq-aşkar görünsün.)
    ◘Həzrət Musa ibn Cə`fər (ə) buyurub: "İslamın baş barədə beş göstərişi; sair üzvlər barədə də beş göstərişi var. Baş barəsində olan göstərişləri bunlardır; dişləri yumaq, bığı qısaltmaq, saçları daramaq, məzməzə (ağızı yumaq), istinşaq (burunu yuyub təmizləmək). Sair üzvlər barədə olan göstərişlər isə bunlardır; sünnət etmək, qarının aşağı hissəsinin tüklərini təmizləmək, qoltuğun tüklərini təmizləmək, dırnaq tutmaq və istinca (ifrazat yerini yuyub təmizləmək).
    ◘Həzrət Baqir (ə) buyurub: "Namazı yalnız beş halda yenidən qılmaq lazımdır; təharət pozulan zaman, qiblə, rüku və səcdə düz olmadıqda. Həmd və surə sünnətdir, təşəhhüd də sünnətdir, bunlar namazı batil etmir. (Yə`ni, əvvəlki beş şey namazın əsas vaciblərindəndir. Bunların hansına xələl gəlsə namaz batildir. Sair vaciblər isə Peyğəmbərin (s) sünnəsidir ki, əgər səhvən icra olunmasa namazı batil etmir.)”
    ◘Həzrət Baqir (ə) buyurub: "Ulul-əmr (yə`ni, müstəqil dinə sahib olub, din gətirməklə öncəki dini qüvvədən salan) peyğəmbərlər beş nəfərdir; Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s).”
    ◘Həzrət Səccad (ə) buyurub: "Xoş danışıq mal-dövlətin artmasına, ruzinin çoxalmasına, ömrün uzanmasına, ailədə məhəbbətə və behiştə səbəb olar.”
    ◘Yeddinci imam (ə) buyurub: "Mö`min həmişə beş şeyə sahibdir; diş fırçası, daraq, səccadə, otuz dörd dənəli təsbeh, əqiq üzük.” (Yə`ni, bunlar mö`minin zinətlərindəndir, nəinki, bir kəs bunlara sahib olmasa mö`min hesab edilmir.)
    ◘İmam Həsən Əsgəri (ə) buyurub: "Mö`minin beş əlaməti var; gecə-gündüz əlli bir rəkətlik namaz (vacib və müstəhəb hər ikisi daxil olmaqla), "Ərbəin” ziyarəti, sağ əlinə üzük taxmaq, alnını torpağa qoymaq, "Bismillah” sözünü ucadan demək.”

     

    ◘Bir nəfər İmam Həsənə (ə) ərz etdi: "Mən günah qarşısında acizəm, günahdan çəkinməyə qüdrətim çatmır. Mənə moizə edin.” Buyurdu: "Beş işi yerinə yetir, ondan sonra hər nə günah istəyirsən et; Allahın ruzisini yemə, elə bir xəlvət yer tap ki, Allah səni orada görməsin, Allahın qüdrət və hakimiyyətindən kənara çıx, Əzrail gələn zaman onu özündən uzaqlaşdır və cəhənnəmin mə`muru səni oda tərəf çəkmək istəyərkən sən getmə. Əgər bu işləri yerinə yetirmə qüdrətinə maliksənsə hər nə qədər istəyirsən günah et.”

     

    ◘Həzrət İmam Hüseyn (ə) Cabir ibni yəzid Cofiyə buyurdu: "Ey Cabir! Sənə beş nəsihət edirəm. Sənə zülm etsələr sən zülm etmə, sənə qarşı xəyanət etsələr sən əmanətdarlığını əldən vermə, səni təhqir etsələr qəzəblənmə, onun-bunun səni mədh etməsinə xoşhal olma, məzəmmətlərindən narahat olma, sənin barəndə deyilən bu sözləri özünlə tutuşdur. Əgər düz deyirlərsə, o zaman nahaq yerə qəzəblənmisən. Çünki haqq sözdən inciməklə Allahın nəzərindən düşmək, camaat gözündən düşməkdən daha böyükdür. Yalan deyirlərsə sən heç bir əziyyət çəkmədən savaba nail olmusan.”
    ◘İmam Məhəmməd Baqir (ə) buyurub: ”Atam mənə tapşırdı ki, hətta yol yoldaşı da olsa beş dəstə insanla dostluq və yoldaşlıq etmə:
    1. Fasiqlə; Çünki fasiq səni bir tikəyə, hətta, bəlkə ondan da aza satar. Soruşdum: Atacan tikədən də kiçik nədir? Buyurdu: Heç, bəlkə də çata bilməyəcəyi tikənin tamahına.
    2. Simiclə; Simic ən çətin anlarında əlində olanı səndən əsirgəyər.
    3. Yalançı ilə; Yalançı ilğıma bənzəyir. O, uzağı sənə yaxın, yaxını isə uzaq göstərər.
    4. Axmaqla; Axmaq sənə xeyir vermək istədiyi halda zərər verər.
    5. Qohumları ilə yola getməyən kəslə. Çünki, Allah Qur`anda üç yerdə onlara lə`nət edib.
     
     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini
     
     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 21 Ocak 2016 21:49 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM DEYERLI HEDISLERDIR ALLAH QEBUL ETSIN INSEALLAH AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.