348. İlahi vəzifə
1596. İlahi vəzifə
5571. İmam Əli (ə): «Bilin ki, mükəlləf olduğunuz işlər (boynunuzda olan İlahi vəzifə) az, savabı isə çoxdur. Əgər Allahın qadağan etdiyi zülm və təcavüz üçün də qorxulu cəzalar olmasaydı belə, yenə də onlardan çəkinməyin mükafatı o qədər böyükdür ki, onları tərk etməyə bəhanə lazım deyil.»
5572. İmam Əli (ə): «Pak olan Allah, öz bəndələri ixtiyar sahibi olduqları halda onlara əmr etmişdir. Onları xəbərdarlıq etmək üçün saxlamışdır. İlahi vəzifələrini asan etmişdir və çətin vəzifə qoymamışdır. Az işə böyük mükafat verər. Ona nə güclə itaətsizlik olunar, nə də ikrah və məcburiyyətlə itaət. Peyğəmbərləri oyuncaq kimi göndərmədi, bəndələri üçün boş yerə səmavi kitab nazil etmədi. Göyləri, yeri və onların arasında olanları batilliklə yaratmadı. «Bu küfr edənlərin gümanıdır. Vay olsun, odda yanacaq kafirlərə!.
1597. Allah heç kimin boynuna gücündən artıq vəzifə qoymur
Qur‘an:
«Allah heç kəsin boynuna qüdrəti çatmayan vəzifə qoymaz»
Hədis:
5573. Allahın Peyğəmbəri (s): «Doqquz şey (cəzası) mənim ümmətimdən götürülmüşdür: xəta, unutmaq, bilmədiklərinə görə, gücü çatmayan şeylər, naçar olduqları, zorla məcbur edildikləri, pis yozum etmək, yaradılış barədə fikri vəsvəsələr, dillə və əllə aşkarlanmayana qədər paxıllıq.»
5574. İmam Sadiq (ə): «Bəndələrinə yalnız imkanlarından az əmr olunmuşdur. Deməli, camaatın etməyə mükəlləf edildiklərinə gücləri çatar və gücləri çatanın da öhdəsindən gələrlər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild