Həzrət Zəhra (s.ə) buyurur:
-"Rəsullah (s) mənə buyurub: "Ey Fatimə! Sənə müjdə verirəm ki, Həzrət Məhdi (ə) sənin nəslindəndir””.
İmam Həsən Müctəba (ə) buyurur:
-"Heç kim biz Əhli-beytdən (ə) deyildir, məgər o kəslər ki, zamanının hegemonları ilə məcburi beyət bağlamışdır. Məgər Həzrət Qaim (ə) ki, İsa ibni Məryəm (ə) onun arxasında namaz qılacaqdır. Allah onun vilayətini gizli saxlayar. Onun şəxsini gözlərdən qaib edər ki, heç kimin beyəti boynunda olmasın”.
İmam Hüseyn (ə) buyurur:
-"Bizim aramızda on iki hidayətçi vardır. Onların birincisi Əmirəl-möminin Əli ibni Əbu Talibdir (ə), onların sonuncusu mənim doqquzuncu övladımdır ki, haqqa görə qiyam edənlərin rəhbəridir. Allah onun vasitəsilə yeri öləndən sonra dirildər. Onun əli ilə haqq dini bütün dinlərə qalib edər. Baxmayaraq ki, müşriklərin xoşuna gəlməsə belə”.
İmam Səccad (ə) buyurur:
-"Bizim Qaim (ə) üçün iki qeyb vardır. Onlardan biri daha uzundur. O qədər uzanacaqdır ki, vilayətə inananların bir çoxu ondan əl çəkəcəklər. O zaman kimsə onun imamət və vilayətinə sabitqədəm qalmayacaqdır, məgər o kəslər ki, imanları güclü, bilikləri düzgün olar. Öz nəfslərində bizim hökmümüzə qarşı kərahət hiss etməzlər. Biz Əhli-beytə (ə) təslimdirlər”.
İmam Muhəmməd Baqir (ə) buyurur:
-” "Təkvir" surəsinin 15-16 ayələrinin məqsədi Axəril-Zamanın mövlududur ki, bu da bizim nəsildən olan həmin Məhdidir (ə). Onun qeybi vardır ki, o zaman bir dəstə yolunu azar. Bir dəstə isə hidayət olar. Xoş olsun o kəsin halına ki, onu dərk edər”.
İmam Cəfər Sadiq (ə) buyurur:
-"Həqiqən Sahibi Əmr (ə) üçün qeyb vardır, ona görə də Allah bəndəsi bu dövrdə İlahi təqvaya riayət etməli və dininə çəng vurmalıdır”.
İmam Musa Kazım (ə) buyurur:
-"Sahibi Əmr (ə) sürgün edilmiş, tək, qaib, qərib, əhlindən uzaq, atasının qanının intiqamını almaq istəyəndir”.
İmam Rza (ə) buyurur:
-"İmam Həsən Əsgəridən (ə) sonra oğlu Həzrət Hüccət Qaim (ə) imam olacaqdır ki, o, qeyb zamanı intizar olunan və zühuru zamanı isə möminlərin itaət etdiyidir. Əgər dünyanın ömründən bir gün qalsa, Allah həmin günü o qədər uzadar ki, qiyam etsin və yeri ədalətə bürüsün”.
İmam Cavad (ə) buyurur:
-"Onun qeybi vardır ki, zamanı uzundur. Ona görə də muxlislər onun qiyamının intizarını çəkərlər. Şəkk edənlər onu inkar etməyə qalxarlar. İnkar edənlər onu istehza edərlər. Zühur zamanını təyin edənlər inkar olunarlar. Ona görə əcələ edənlər həlak olar, təslim olanlar isə nicat tapar”.
İmam Hadi (ə) buyurur:
-"O zaman ki, sizin İmamınız zalımların diyarından qaib olar, fərəcin intizarında olun”.
İmam Həsən Əsgəri (ə) buyurur:
-"O kəs ki, oğlum Məhdini (ə) inkar edər, o kəs kimidir ki, bütün İlahi peyğəmbərləri və rəsulları qəbul edər, ancaq Həzrət Muhəmmədin (s) nübuvvətini inkar edər. Rəsullahı (s) inkar edən o kəs kimidir ki, bütün peyğəmbərləri inkar etmişdir. Çünki bizim sonuncu İmamımıza itaət etmək - bizim birinci İmamımıza itaət etmək kimidir. Bizim sonuncu İmamımızı inkar etmək - birinci İmamımızı inkar etmək kimidir”.