347. Əvəzini vermək
1592.Yaxşılığın yaxşılıqla əvəzi çıxılması
Qur‘an:
«Sizə salam verildikdə ona daha gözəl və ya onun kimi cavab verin. Hər an Allah hər şeyin hesabını aparandır.»
«Məgər yaxşılığın əvəzi yaxşılıq deyildir?»
Hədis:
5553. Allahın Peyğəmbəri (s): «Kim sizə yaxşılıq etsə, onun əvəzini verin. Onun əvəzini verməyə bir şeyiniz olmadıqda, onunçün Allah dərgahına dua edin. Elə dua edin ki, sanki onun yaxşılığının mükafatını verirsiniz.»
5554. İmam Əli (ə) (Hüquq barədə):–«O zaman Allah öz hüquqları sırasında camaatın da bir-birinə olan hüquqlarını vacib buyurdu. Onları elə etdi ki, biri digərinin əvəzi olsun və hər bir hüquq başqa bir hüquqa səbəb olsun, hər bir hüquq yalnız hansısa haqqın müqabilində vacib olar.»
5555. İmam Əli (ə): «Sənə yaxşılıq etmiş kimsənin əvəzini verməkçün əllərini uzat və əgər (əvəzini verməyə) imkanın olmasa, heç olmasa ona təşəkkür et!.»
5556. İmam Əli (ə): «Sənə salam verildikdə ona daha yaxşı salamla cavab ver, kimsə sənə yaxşılıq etsə, ondan daha gözəl yaxşılıqla əvəzini ver. Bununla belə fəzilət (yaxşılığı) başlayana çatar.»
5557. İmam Kazim (ə): «Yaxşılıq və ehsan elə bir boyunduruqdur ki, əvəzi çıxılmaq və ya təşəkkür etməkdən qeyri cür açılmaz.»
5558. İmam Kazim (ə) («Yaxşılığın əvəzi yaxşılıqdan qeyri bir şeydirmi?» ayəsi haqda): «Bu ayə mömin və kafir, yaxşı və pis barədədir. Kiməsə yaxşılıq edilsə, onun mükafatını verməlidir. Mükafatını vermək onun etdiyi yaxşılığı etmək demək deyil. Yalnız öz üstünlüyünü göstərməkdən savayı. Çünki onun etdiyini etmiş olsan, yaxşılığı başladığına görə üstünlük onun olacaqdır.»
1593. Nalayiq əvəzvermə
5559. İmam Əli (ə): «Ən pis əvəzvermə, (yaxşılığı) pisliklə mükafatlandırmaqdır.»
5560. İmam Əli (ə): «İmanın kamilliyindən (nişanələrindən) biri budur ki, pislik edənə yaxşılıqla cavab verəsən.»
5561. İmam Sadiq (ə): «Kim ağılsız şəxsin (özünə qarşı rəftarının) əvəzini ağılsızlıqla çıxsa, ona qarşı (ağılsız tərəfindən) edilən rəftara razılığını verimişdir. Çünki ondan nümunə götürmüşdür.»
5562. İmam Sadiq (ə): «Kim səni uca tutsa, sən də onu uca tut. Kim sənə hörmətsizlik etsə, özünü onun səviyyəsinə salma.»
1594. İntiqamçılığın pislənməsi.
5563. İmam Əli (ə): «İntiqamçılıqla ağalıq bir yerə sığmaz.»
5564. İmam Əli (ə): «İntiqam almağa tələsmək günahların ən böyüyüdür.»
5565. İmam Əli (ə): «Qüdrətli insanın ən çirkin işi intiqam almaqdır.»
5566. İmam Sadiq (ə): «Tövratda yazılıb: Ey Adəm övladı! Sənə qarşı düşmənçilik edildikdə, səndən ötrü alacağım intiqamla razılaş. Çünki Mən səninçün səndən daha yaxşı intiqam alaram.»
1595.Verdiyin əllə də geri alarsan
5567. İmam Əli (ə): «Qardaşına quyu qazan özü düşər. Kim başqasının (hörmət) pərdəsini götürərsə, öz evinin eybləri açılar.»
5568. İmam Əli (ə): «Kim eyb axtararsa, eybləri axtarılar, kim söyüş sö-yərsə, cavabını (söyüş) eşidər. Kim təqva ağacını əksə, arzularının meyvəsini dərəcəkdir.»
5569. İmam Əli (ə): «Hansı əlinlə versən, həmin əlinlə də geri alacaqsan.»
5570. İmam Sadiq (ə): «Atalarınızla yaxşı rəftar edin ki, övladlarınız da sizə qarşı xoşrəftar olsunlar. Camaatın qadınlarına qarşı iffətli olun ki, sizin arvadlarınıza qarşı da iffətli olsunlar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild