Yaxşılıq
223.Yaxşılıq
Qur’an:
«Yaxşılıq və pəhrizkarlıqda əlbir olun, günah və təcavüzkarlıqda köməkləşməyin və Allahdan qorxun. O, ağır cəza verəndir.»
Hədis:
755.Allahın Peyğəmbəri (s):«Ömrü yalnız yaxşılıq artırar.»
756.Allahın Peyğəmbəri (s):«Yaxşılığın mükafatı digər yaxşı işlərin hamısından tez çatır və zülm və başqalarına qarşı həddi aşmağın cəzası (insanı) digər pis işlərdən daha tez yaxalayır.»
757.Allahın Peyğəmbəri (s):«Üç şey – qəlbin səxavətliliyi, danışığın gözəlliyi və əziyyətlər müqabilində səbrlilik yaxşılığın qapılarındandır.»
758.İmam Baqir (ə):«Dörd şey yaxşılığın xəzinələrindəndir: Ehtiyacı gizli saxlamaq, sədəqəni gizli vermək, ağrını gizlətmək və müsibəti gizlətmək.»
224.Yaxşılığın nişanəsi
759.Allahın Peyğəmbəri (s):«Yaxşılıq edənin on nişanəsi var: O, Allaha görə sevər, Allaha görə düşmənçilik edər, Allaha görə yoldaş olar, Allaha görə ayrılar, Allaha görə qəzəblənər, Allaha görə razı və məmnun olar, Allaha görə iş görər. Allahı axtarar, Allahın qarşısında itaətkar, qorxan, çəkinən, pak, səmimi, həyalı və özünə nəzarət edən olar və Allaha görə ehsan və yaxşılıq edər.»
225.Kamil yaxşılıq
760.Allahın Peyğəmbəri (s):«Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən.»
Mənbə: Mizanul – hikmət (xülasəsi) 1-ci cild