Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yaxşılıq etmək
1265. Yaxşılıq.
4171. İmam Əli (ə): «Yaxşılıq etmək, məzluma kömək etmək və qonaqpərvərlik sərvərlik vasitələridir.»
4172. İmam Əli (ə): «Yaxşılıq etmək əbədi ehtiyatdır. (Yəni həmişə qalandır və yaxud da həmişəlik əbədi olan qiyamət gününün ehtiyatıdır).»
4173. İmam Hüseyn (ə): «Bilin ki, yaxşılıq etmək sitayiş, pərəstiş yaradar və mükafata səbəb olar. Əgər yaxşılığı insan surətində görsəniz, hər an onu yaxşı, gözəl, gözoxşayan və bütün dünya əhlindən gözəl görərsiniz. Əgər alçaqlığı görsəniz, onu nizamsız, çirkin, ürəklərdə ikrah doğuran və gözlər üzünə bağlanan bədsifət görəcəksiniz.»
4174. İmam Sadiq (ə): «Cənnətə ilk daxil olanlar yaxşılıq edənlər olacaqlar.»
4175. İmam Sadiq (ə): «Dünyada yaxşı əməl sahibləri axirətdə də yaxşı əməl əhli olarlar. Çünki axirətdə yaxşı işləri ağır gələr. Buna görə də onların bir hissəsini günah iş görənlərə bağışlayacaqlar.»
4176. İmam Cavad (ə): «Yaxşılıq edənlər yaxşılıq etməyə, ona ehtiyacı olanlardan daha möhtacdırlar. Çünki onun mükafatı, fəxri və yaxşı adı onlara qalar. Kim yaxşılıq edirsə ilk növbədə özünə edir. Buna görə də özünə etdiyi yaxşılığa görə başqalarından təşəkkür istəməməlidir.»
1266. Yaxşılara və pislərə yaxşılıq etməyə həvəsləndirmə.
4177. Allahın Peyğəmbəri (s): «Ağılın zirvəsi dindarlıqdan sonra insanlarla dostluq və hər bir yaxşı və pis insana yaxşılıq etməkdir.»
4178. Allahın Peyğəmbəri (s): «Yaxşılıq və ehsan et, istər ona layiq olana, istərsə də ona ləyaqəti çatmayana. Çünki yaxşılığa layiq olmayana belə yaxşılıq etmiş olsan, sən yaxşılığın fəzilətini qazanmış olursan.»
1267. Yaxşılıq və köməyin əllərdə dolanması.
4179. Allahın Peyğəmbəri (s): «Hər kim möhtac insana sədəqə versə, onun mükafatını Allahdan alar. Əgər bir sədəqə qırx insanın əlindən keçib möhtacın əlinə çatsa, onların hamısına tam əcr düşər.»
4180. İmam Sadiq (ə): «Əgər ehsan və yardım səksən əldən keçsə belə, sahibinin əcrindən heç nə azalmadan onların hamısının mükafat qazanmalarına səbəb olar.
1268. Minnət qoymaqdan çəkindirmək.
4181. İmam Əli (ə): «Öz yaxşılığını öldürməklə (və unutmaqla) onu dirilt.»
4182. İmam Əli (ə): «Sənə yaxşılıq olunduqda onu yada sal, sən kiməsə yaxşılıq etdikdə isə yaddan çıxart!»
4183. İmam Əli (ə): «Yaxşılıq etməyin meyarı ona görə minnət qoymamaqdır.»
1269. Yaxşılığı axıra qədər etmək.
4184. Allahın Peyğəmbəri (s): «Yaxşılığı axıra qədər etmək onu başlamaqdan daha yaxşıdır.»
4185. İmam Əli (ə): «Hər kim öz yaxşılığını tamamlayıb inkişaf etdirməsə, onu məhv etmişdir.»
4186. İmam Kazim (ə): «Kimsə möminə yaxşılıq edərsə, onu bu üç yoldan savayı başqa cür kamilləşdirə bilməz: etdiyini kiçik saymaq, onu gizlətmək və onu yerinə yetirməyə tələsmək. Çünki möminə etdiyi yaxşılığı kiçik hesab edən öz qardaşını böyük saymışdır. Möminə yaxşılığını böyük sayan, öz qardaşını alçaltmışdır. Möminə etdiyi yaxşılığını gizlədən böyüklük etmişdir.Möminə verdiyi vədi yerinə yetirməyə tələsən, öz bəxşişini ürəyəyatan etmişdir.»
1270. Yaxşılığı aşağı tutmaqdan çəkindirmək.
4187. Allahın Peyğəmbəri (s): «Heç bir yaxşı əməli aşağı tutma. Hətta qardaşınla gülərüzlə təmasda olmaq (kimi əməl) olsa belə.»
4188. İmam Əli (ə): «Görə biləcəyin heç bir yaxşı işi aşağı tutma və daha böyük yaxşılığa görə ondan uzaqlaşma. Çünki ehtiyac olan təqdirdə edilən azacıq yaxşılıq və kömək, ehtiyac olmadıqda olunan böyük yaxşılıq və köməkdən daha faydalıdır. Hər gün elə iş gör ki, onun səbəbinə doğru yola yönələsən.»
1271. Yaxşılıq və ehsanın qəbul olmasının nişanələri.
4189. İmam Əli (ə): «Ən yaxşı ehsan odur ki, yaxşılara edilsin.»
4190. İmam Sadiq (ə) («Bəndənin Allah dərgahına qəbul olunmasının nişanəsi nədir?» sualına cavabından): «Bəndənin Allah dərgahında qəbul olmasının nişanəsi budur ki, ehsanı və köməyi yerinədüşən olsun. Belə olmasa, elə də olmayacaqdır.»
1272. Ehsan və yaxşılığın savabı.
4191. Allahın Peyğəmbəri (s): «Hər kim insanı çöldə əlindən tutub qırx addım yol aparsa, bütün yer üzü qızılla dolsa belə, (və ona verilsə) onun bu işinin mükafatının bir iynə ucu qədərini də verməz. Onu yolda gözləyən təhlükədən uzaqlaşdırsa, qiyamət günündə bu iş yaxşılıqlar tərəzisində dünyadan yüz min qat ağır gələcəkdir.»
4192 Allahın Peyğəmbəri (s): «Bir bəndə, müsəlmanların yolundan bir tikan budağını götürdüyünə görə cənnətə getdi.»
4193. Allahın Peyğəmbəri (s): «Kimsə yol kənarında yoldan keçənlər üçün daldanacaq düzəltsə, Allah qiyamət günündə onu üzü cənnət əhlinə nur saça-saça, mirvaridən olan əsil dəvəyə minmiş halda məhşər ayağına gətirər.»
4194. Allahın Peyğəmbəri (s): «Hər kimsə selin və yanğının müsəlmanlara zərərinin qarşısını alarsa, cənnət ona vacib olar.»
4195. İmam Sadiq (ə): «Yaxşılığı, öz adı kimi (yaxşı) gördüm. Onun (Allah verən) mükafatından başqa heç bir şey yaxşılıq etməkdən daha üstün deyil.»
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |