103. Yaxşılıq
531. Yaxşılıq
1618. Allahın Peyğəmbəri (s) :«Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin zəifliyi və üzün eybəcərliyi gördüm.»
532. Yaxşılıqların dəfələrlə artması.
Qur’an:
«Hər kəs bir yaxşı iş görərsə, ona on dəfə artıq mükafat verərlər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz.»
Hədis:
1619. İmam Səccad (ə) :«Vay o kəsin halına ki, onun birləri onlarına qalib gələ.» İmamın (ə) məqsədi budur ki, pislik bir dəfə kimi, yaxşılıq isə onqat hesablanır.»
1620. İmam Sadiq (ə) :«Mömin bir yaxşı iş görərsə, Allah-taala onun hər yaxşı əməlini yeddi yüz dəfə artırar və bu Allah-taalanın kəlamıdır ki, «Allah-taala istədiyi kəs üçün artırar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild