İmam Səccad (ə)-dan hədislər (hissə 2)
İmam Səccad (ə) : " Heç bir damcı Allah yanında bu iki damcıdan-Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil."
İmam Səccad (ə) : " Mən insanın dünyada sağlam olmasını və ona heç bir müsibətin gəlməməsini sevmirəm."
İmam Səccad (ə) : " Kim cammatda olan eyb barəsində danışsa, cammat onda olmayan eybi ona aid edər."
İmam Səccad (ə) münacatlarının birində : " Bizi o kəslərdən et ki, nəfsi istəklərin od pərdəsini tövbə yaşı tökməklə kəsiblər və nadanlıq qablarını həyat suyunun zülalı ilə yuyublar."
İmam Səccad (ə) : " Pak insanlarla oturub-durmaq düzlük və təmizliyə dəvətdir."
İmam Səccad (ə) : " Oturub durduğun yoldaşının haqqı: onunla mülayim və mehriban olmağın, danışan zaman onunla insafla davranmağın, yerindən yanlız onun icazəsi ilə durmağın, sənin yanında başqa birisi oturanda sənin icazən olmadan durub gedə bilməsi, xətalarını unutmağın, yaxşılıqlarını yadda saxlamğın və ona yanlız xeyirli və yaxşı şeyləri deməyindir."
İmam Səccad (ə) : " Həmişə Quran oxu, çünki, Allah-taala Cənnəti yaratdı və Quranın ayələri qədər ona dərəcələr verdi. Hər kim Quran oxuyarsa, Quran ona deyər: " Oxu və yuxarı qalx." Bu şəxslər Cənnətə daxil olanda yanlız peyğəmbərlər və siddiqlər onlardan ali mərtəbədə olar."
İmam Səccad (ə) : " Ey bizim şiələrimiz, Cənnət gec, ya tez mütləq sizə nəsib olacaq, amma onun dərəcələrinə yetişmək üçün bir-birinizlə yarışın."
İmam Səccad (ə) : " Allah hər bir kədərli qəlbi və hər şükr edən bəndəni sevər."
İmam Səccad (ə) : " Həcc və ümrəni yerinə yetirin ki, bədənləriniz sağlam olsun, ruziniz artsın , imanınız güclənsin, xalqın və öz evinizin xərcini təmin edə bilərsiniz."
İmam Səccad (ə) : " Əgər yeriməyə gücü olmayan kimsəni əsir götürmüsənsə və aparmağa bir vasitən yoxdursa, onu öldürməyib azad burax. Çünki İmamın onun barəsində hökmünü bilmirsən."
İmam Səccad (ə) : "Allah-taala qəmli qəlbləri sevər."
İmam Səccad (ə) : " Allah-taala Qiyamət günü bütün insanları toplayanda carçının səsi eşidiləcək: " Hanı səbr edənlər, sorğu-sualsız hamlıqla Cənnətə daxil olsunlar..." " Mələklər onlara deyərlər: "Siz kimsiniz?" Deyərlər: " Səbr edənlərik" Mələklər soruşarlar : "Siz nəyə səbr etmisniz." Cavab verərlər: " Allaha itaət yolunda və günahlardan çəkinməkdə səbr etmişik."
İmam Səccad (ə) : " Allah-taala Qiyamət günü bütün insanları birinncisindən axırıncı nəfərədək bir yerdə cəm etdiyi zaman carçı qalxıb hamı eşidə biləcəyi səslə qışqırar: Hanı, Allaha xatir məhəbbət bəsləyənlər?" Bu vaxt cammatın içindən bir dəstə insan ayağa qalxar. Onlara deyərlər: "Sorğu-sualsız cənnətə daxil olun."
İmam Səccad (ə) : " Vay o kəsin halına ki, onun birləri onlarına qalib gələ." İmamın məqsədi budur ki, pislik bir dəfə kimi, yaxşılıq isə onqat hesablanır."
İmam Səccad (ə) : " Mənim o insandan xoşum gəlir ki, qəzəbləndiyi vaxt səbr onu haqlasın."
İmam Səccad (ə) öz alicənab oğlu Həzrət Baqirə (ə) tövsiyyələrindən : " Oğlum! Axmaqla oturub-durmaqdan və ya yoldaşlıq etməkdən çəkin, ondan uzaqlaş və onunla həmsöhbət olma. Çünki ağılsız adam istər yanında olsun, istər başqa yerdə, alçaq və şəxsiyyətsizdir. Söhbətə başlasa axmaqlığı onu rüsvay edər və nə vaxt sakit qalsa, bu onun söz danışmaq qüdrətinin olmamasına görə olar. Əgər bir iş görərsə onu xarab edər, öhdəsinə bir məsuliyyət götürsə onu yarıtmaz. Nə öz elmi onun dadına yetər, nə də başqalarının biliyi ona fayda verər. Onun xeyrini istəyən insanın sözünə qulaq asmaz. Onunla oturub-duranın əlindən rahatlığı olmaz, anası ölmünü istəyər. Zövcəsi onu itirməyi, qonuçusu qonuçuluöundan getməsini və yoldaşı onunla yaldaşlıqdan xilas olmasını arzulayar. Əgər məclisin ən kiçik şəxsi olsa, özündən yüksək şəxsləri əziyyətə salar. Məclisin ən böyük şəxsi olarsa tabeliyində olanları fəsada və pozğunluğa çəkər."
Kitabın adı: Məsumlardan 3333 hədis