Zeynəbin (s) dilindən
Əmim oğlu dur ayağa
Bu toyun mübarək olsun
Gəlin gəlin otağa
Bu nə toydur Zeynəb ağlar
Leyla başa qara bağlar
Su deyib uşaqlar ağlar
Belə toy mübarək olmaz
O qələm qaşın fidası
Əmimin cavan balası
Hanı əllərin hənası
Bu toyun mübarək olsun
Sənə mən fida,
Səkinə
Gəlini həna yerinə
Yaxacaq qanın əlinə
Belə toy mübarək olmaz
Hanı bülbülün bağında
Gülün lalən dağında
Hanı sağdışın sağında
Bu toyun mübarək olsun
Səqnə sağdış ey Sənəğbər
Ona tuğinizə xəncəl
De gəl ey Əliyü Əkbər
Belə toy mübarək olmaz
Su kimi axar bu gözlər
Nigaran baxar bu gözlər
Kimi axtarar bu gözlər
Toyun mübarək olsun
Nəzər et bu sərvinaza
Mahir o şahi hicazə
Dur ayağa pişivazə
Bu toy mübarək olsun
Olar vayizin xəbərdar
Qələm dağda sinə ağlar
Mənə ağlasın cavanlar
Bu toyun mübarək olsun
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.