İmamın Əliəsğərə zəban halı
Qoymaram məzarə Əsğər, səni ta qiyamət olsun,
Boğazın biçildi bari, bədənin səlamət olsun.
Bilirəm əgər bu çöldə səni qoysam məzarə,
At ayağı altda nəşün olar onda parə-parə,
Vurular başın cidayə, yıxılar evim dübarə,
Deyiləm riza ərəbdə belə bidət adət olsun.
Ox atan görüm şil olsun, bu qədər şəqavət olmaz,
Hədəf eyləyib boğazın belə bir ədavət olmaz,
Boğazındakı yaran tək görürəm cərahət olmaz,
Necə tab edim, nə növi ürəyimdə taqət olsun.
Sənilən gərək qoyam mən o qədər dodaq-dodağə,
Tökülə sirişgi çeşmim sönə atəşi-əlaqə,
O qədər öpəm gərək dil yetə hədd iştiyaqə,
Mənə şəhdi-nab məqsəd anana niyabət olsun.
Şühədadan olsun Əsğər, gərək ali imtiyazın,
Odur eylərəm ziyarət, öpərəm bu gül boğazın,
Qoyaram yerə cənazən, qılaram özüm namazın,
Sənə imtiyazi-ali, mənə də ibadət olsun.
Qoyacaqlar dəfn edəndə səni sinəmə dübarə,
Sənilə gərək yetəm mən şərəfi-hüzuri yarə,
Əlim üstə mən aparam səni məclisi-nigarə,
Gərək aşiqin əlində güli ba təravət olsun.
Xoş olar təfaxür eylər analar oğul sözündən,
Danışmadın sən ananın iraq gözündən,
Səni görsə mən görən tək gedər onda o özündən,
Odu qorxuram qəmindən anana həlakət olsun.
Ananı məzəmmət etmə xətti-qəm çəkib nişanə,
Üzünü xəraş edərdin qoyub əllərin qəmatə,
Dolaşıb qəmati-bəndi səni eyləyib əhatə,
Əl-ayaq çalanmısan ta sənə mərg rahət olsun,
Dəmi-həşr olanda nəşin əlim üstə saxlaram mən,
Qanının bahasın allam, hamını bağışlaram mən,
Sənə hər kim ağlayıbdır gərək onda axtaram mən,
Olara bu pak qanın səbəbi şəfaət olsun.
Əli Əsğər, ey mübarək adı zeyni-bəzmi-matəm,