Zeynəbin zəban halı
Əllərdə Hüseyn pər-pər olan gül sənə bənzər,
Hansı bacının qardaşı ölsə mənə bənzər.
Hüseyn can Sənə qurban,
Düşmənlər içində ucadan ağlamaq olmaz.
Fəryada gəlib qəmli ürək dağlamaq olmaz,
Qardaş bu qədər yarəni hec bağlamaq olmaz.
Oxlar gül açıbdır bədənin gülşənə bənzər,
Hansı bacının qardaşı ölsə mənə bənzər.
Gülzarıma bu çöldə müxalif yeli əsdi,
Axır dözə bilməm bu qədər qəm mənə bəsdi.
Qardaş de görüm əllərin kim nece kəsdi,
Heç kafiri-mütləq belə bir düşmənə bənzər
Hansi bacının qardaşı olsa mənə bənzər.