Həzrət Hüseynin (ə) zəban halı
Dur yatma qətligahida ey qəhrəmanım Əkbər,
Yox dizlərimdə taqət, ey mehribanım Əkbər.
Cəddim düşəndə yada fövrən sənə baxardım,
Cəddim şəbihi oğlum, qol boynuna salardım,
Peyğəmbəri Xudanın mən ətrini alardım,
Adın olubdur əlan virdi zəbanım, Əkbər.
Aç gözlərin Əli can, ollam gözün fədası,
Dəysin mənə bu çöldə ol gözlərin qadası,
Əndazədən çıxıbdır görrəm başın yarası,
Olsun sənə Əli can, qurban bu canım, Əkbər.
Zeynəb gəlib qabağa səslərdi can Hüseynim,
Ey Fatimə nişanı, ruhi-rəvan Hüseynim,
Oğlun ölüb, yoxundur tabü-təvan Hüseynim,
Yatmış əbanın içrə cismimdə canım, Əkbər.
Əllər başında səslər ol bülbüli Mədinə
Qurban olum deyərdi, qardaş bacın Səkinə,
Zülm etdi Kufə əhli mən bikəsü həzinə,
Ağzımda teşnəlikdən dönmür zəbanım, Əkbər.