Rübabın zəban halı
Nazlı dilbərim lay-lay,mahi-müntəzirim lay-lay,
Oxlanan su üstündə dilsiz Əsğərim lay-lay.
Üç gecə gündüz ətşan qaldın, ey günü qarə,
Dırnağın yeri qalmış, etdi sinəmi yarə,
Əfv eylə məni oğlum, tapmadım sənə çarə,
Şahidim bu əhvalına həyyi-davərim,lay-lay.
Mən sənə oğul, lay-lay nə ümidilən çaldım,
Gülmədi üzüm əfsus, qara günlərə qaldım,
Ölmədim səni ətşan xeymədən yola saldım,
Sən gedən yola həsrət baxdı gözlərim, lay-lay.
Haqq yolunda can verdin caninə nənən qurban,
Əkbər ilə həm payə şəninə nənən qurban,
Su kimi axan qanə, caninə nənən qurban,
Gül kimin solan rəngi, qonçətərim lay-lay.