İmam Hüseynin (ə) zəban halı
Üz tutub nəhri-Fərat üstə dedi gəl, qardaş,
İndi Əbbas, uzun qolların hacətdi mənə.
Aparıb qan əlim üstündə bu dilsiz balanı,
Lazım hər vəqtidə əs-saə himayətdi mənə.
Mən xəcalət zədəyəm xeyməyə qardaş, sən apar,
Sənin olmağın əqəllən, yenə qüvvətdi mənə.
Yeddi qardaş səsi mənada gözəl qardaşına,
Bədəni titrədi, ərz etdi səsin çatdı mənə.
Əlin üstündə balan aləmi yandırma, Hüseyn,
Hər qəmindən ağır əs-saə bu möhnətdi mənə.
Yox əlim yarəli yorğun balanı əldən alam,
Belə fikr etmə Hüseyn, zərrə əziyyətdi mənə.
Yaralı sinəmin üstə qoy Əli Əsğərini,
Oğluna həmdəm olum indi ki, fürsətdi mənə.
Bəlkə əfv eyləyə şərməndə Əbəlfəzlia,
Yoxsa hər bir baxışı şərmü-həlakətdi mənə.