Əbbas
Əbbas, Əbbas, Əbbas, ey sahib-ələm qardaş
Ey itrəti-ətharə, səqqayi-hərəm qardaş
Qan olub əşgin, oxlanıb məşgin
Din üstə oldu qolların, ta qələm qardaş
Ey mahi bəni Haşim, gözlür səni ulduzlar
Qan içrə xüsuf etdin, gözlər səni al qızlar
Səslir səni xeyməndə, cam əldə susuz qızlar
Ey qafilə salarım, ey arxam elim qardaş
Ey gözlərimin nuru, arami dilim qardaş
İndi azalıb çarəm, dur sındı belim qardaş
Sən itrətə səqqasən, sərdari sipahimsən
Tufani həvadisdə, zülmatidə mahimsən
Aç gözlərini gəldim, qan içrə batan qardaş
Ayrılmağa yox taqət, aç gözlərini qardaş
Salmış səni bu halə, hansı kafər qardaş
Xeyməndə səni gözlər, itrəti əthar qardaş
Sən pərçəm ələ aldın, sahib ələmim qardaş
Sən əzmi Fərat etdin, can baş ilə ey qardaş
Səs ver nə olub indi, düşdün bu yerə qardaş
Versən səsimə bir səs, aram taparam qardaş
Açsan gözüvi bir dəm, qüssəm dağılar qardaş
Yoxsa elə bu çöldə, bil sındı belim qardaş