Bir qədəm saxla yavərim qardaş
Eyləyib sular qəmlərin qardaş,
Can verir susuz Əkbərin qardaş.
Mən səni əldən qoymaram qardaş,
Gül cəmalından doymaram qardaş.
Qorxutdu məni möhnətə saldı,
Sinəmdə qardaş həsrəti qaldı.
Bir də görüşümüz məhşərə qaldı,
Mən səni əldən qoymaram qardaş.
Yandırır ataşi sinəmi görsən,
Vardı xəcalətim Əsğərdən bil sən.
Rəhmin gəlsin halimi bilsən,
Mən səni əldən qoymaram qardaş.
Yatma bu quru yerdə dur gedək,
Salma məni dərdə dur gedək.
Xeyməyə gedib dərdi-dil edək,
Mən səni əldən qoymaram qardaş
Gül cəmalından doymaram qardaş.
Bu Əli Əkbəri bu məhi ənvər,
Yandı atəşdən Əhli-Beyt yeksər.
İndi Əsğərim dildə su istər,
Mən səni əldən qoymaram qardaş
Gül cəmalından doymaram qardaş.
Batdı al-qana nocəvan Qasim,
Getdi gəlmədi nazlı Əkbərim.
Yandım, ağladım hər ikisinə,
Mən səni əldən qoymaram qardaş
Gül cəmalından doymaram qardaş.
Bəs kimə söyləyim dərdimi qardaş,
Tapmıram bir kəsi dərdimə sirdaş.
Dur gedek barı xeymiyə qardaş,
Mən səni əldən qoymaram qardaş
Gül cəmalından doymaram qardaş.
Dərdimə mərhəmdir o ala gözlər,
Nisgillə gedərəm görməsəm gözlər.
Arif öz sözün dəmbədəm söylər,
Mən səni əldən qoymaram qardaş
Gül cəmalından doymaram qardaş.