Gəl ölürəm qardaş, can verirəm qardaş.
İftixar eylərəm öz eylədiyim əhdə vəfadarəm,
Leşkər mərifət eşqə ələmdarəm və sərdarəm,
Hamiyəm dinimə, Quranimə İslamə fədakarəm,
Kasə ləysə və xədəm cürmü-cinayət deyiləm, qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş.
Demirəm getdim özüm, əlləri qoynunda anam qaldı,
Demirəm gözləri yollarda şirin dilli balam qaldı,
Deyirəm düşmən içində yaralı yalqız ağam qaldı,
Verəcək üz sənə mənsiz qəmü-ənduh və ələm,qardaş,
Gəl ölürəm qardaş can verirəm qardaş.
Dağıdıb murü-mələx tək qoşunu, at döşünə saldım,
Su yolun açdı cəmaət üzümə Əlqəməni aldım,
Başımın sahibi gəl başıma baş çək, baş açıq qaldım,
Heyf ola çarə yolun kəsdi mənə qovmi-zuləm, qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş.
Gərçi su vədəsi vermişdim özüm itrəti-ətharə,
Nə qədər su var idi təng elədim ərsəni küffarə,
Məşkim oxlandı, mənə zülmilə bağlandı rəhi-çarə,
Ver xəbər gözləməsin su yolunu əhli-hərəm,
Gəl ölürəm qardaş can verirəm qardaş
Nə şikayət edərəm gözdə olan tiri-şəqavətdən,
Nə gilayəm var,əxa, Nöfəl edən zülmü-cəsarətdən,
Ürəyim yandı sinəm təngə gəlib tənü-şəmatətdən,
İntizaram gələsən ta sənə qurban kəsilim, qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş.
Elə şad oldum əzəl qoydu əcəl, nəhrə yola düşdü,
O qədər çəkmədi bir kani xəta vurdu qolum düşdü,
Sağa döndüm yaralandım, sola döndükcə solum düşdü,
Məşkdən su töküləndə ürəyim etdi vərəm, qardaş,
Gəl ölürəm qardaş,can verirəm qardaş.
Tiri baran elədi əhli-cəfa, balü-pərim sındı
Dəydi bir zərbəti səngin başıma camisərim sındı,
Mərkəb üstdən üzüm üstə yerə gəldim kəmərim sındı,
Dörd tərəfdən ələnir peykərimə tiri-sitəm, qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş.
Can çıxınca su verəm, səhm aparam feyzi-hüzurundan,
Ruhumu şad eləyim qəbrə kimi lüməyi-nurundan,
Teşnəyəm, gəl məni sirab elə öz abi-təhurundan,
Gəl qolun boynuma sal, nökərinəm, elə kərəm, qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş
Gəl hüzurunda əxa, bəzl eləyim canımı cananə,
Qatilim indi qoyar xəncəri bu həncəri-ətşanə,
Yazacaq nöhə Kərimi, gələcək rüzi-şəb əfğanə,
Məndə can üstə salıb yada, ona baş çəkərəm, qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş.
Demirəm layiqəm Əbəlfəzlə,
Nökəri-sadiqəm Əbəlfəzlə,
Hər kim irad edir mənə etsin,
Qəlbidən aşiqəm Əbəlfəzlə.
Qəlbim qəm ilə dolsa, Əbəlfəzlə ağlaram,
Güllər çəməndə solsa, Əbəlfəzlə ağlaram,
Yad eylərəm o saətini düşdü qolları,
Ömrüm min ildə olsa, Əbəlfəzlə ağlaram.