Hürrün şəhadəti
Minayə düşmüşəm Hüseyn, bədən yaralı,
Səni gözətləyir susuz ölən yaralı.
Əziyyət eyləmir mənim yaram bədəndə,
Əzizi-Fatimə, gözüm var indi səndə,
Dübarə istirəm səni görüm öləndə,
Biləm bu halı vardı bir bilən yaralı.
Gözümdən eşq malıyla məlalı atdım,
Sənin kimi özüm də əhli-əyalı-atdım,
Bu fəxr bəsdi ki, mənə məramə çatdım,
Bu vədəgahi-eşqidir, bu mən yaralı.
Elə şadam ki, qəlbidə şəmim dağ olsun,
Ölüm tapdı nökərin, başın sağ olsun,
Məni bağışladın Hüseyn, üzün ağ olsun,
Nə qəm çəkər, nə eylər mühən yaralı.
Səni gözlətmirəm Hüseyn, üzümdə qanm,
Yara dəyibdi çox mənə, gedib təvanım,
Yetiş harayima ağa, çıxınca canım,
Yoluna vardı gözlərin dikən yaralı.
Gözəl adın olub mənim əcəb şüarım,
Sənin qapında ölmüşəm var iftixarım,
Səninlə Kərbəladədir yəqin məzarım,
Yox eybi olmasa mənə kəfən yaralı.
Bu yaralı başım o məh cəmala qurban,
Həqiqət üstə etdiyin xəyala qurban,
Minayi-həqqadə etdiyin vüsala qurban,
Mənə vurubdu nizə hər gələn yaralı.